25 Noyabr 2018 00:30
530
Mədəniyyət
A- A+

İto Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da təmsil olunub


Yaponiyanın İto şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan da yüksək səviyyədə təmsil olunub.

Festivalda əvvəlcə təşkilatçılar - İto şəhər Beynəlxalq Əməkdaşlıq Mərkəzinin nümayəndələri iştirakçıları salamlayıblar. Bildirilib ki, bu şəhərdə yaşayan Azərbaycan, Rusiya, ABŞ, Avstraliya, Filippin, İtaliya, Meksika, Cənubi Afrika Respublikası, Koreya Respublikası, Braziliya və digər ölkələrin nümayəndələrinin qatıldığı festival bu xalqların bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənmək, sıx qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, "İRS” jurnalının ingilis və yapon dilində nömrələri təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri Xəlil bəy Kələntər ölkəmiz, onun coğrafi mövqeyi, tarixi, mədəniyyəti, iqtisadi uğurları barədə ətraflı məlumat verib. Xatırladıb ki, İto şəhəri ilə Azərbaycanın İsmayılı rayonu arasında mövcud olan dostluq əlaqələri iki xalqın bir-birinə yaxınlaşmasında mühüm rol oynayır.

X.Kələntər əlavə edib ki, müstəqilliyin bərpasından ötən dövrdə böyük uğurlara imza atan ölkəmiz beynəlxalq aləmin ayrılmaz parçasına çevrilib. Dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanda bu gün beynəlxalq tədbirlər, konsert və idman yarışları yüksək səviyyədə təşkil olunur.

Festival çərçivəsində İto Beynəlxalq Əməkdaşlıq Mərkəzinin əməkdaşı Naoko İnabanın və 11-ci sinif şagirdi Satoyoşi Rinkanın təqdim etdikləri Azərbaycan milli geyimləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festival iştirakçıları və qonaqlar Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd ediblər.

Azərbaycan stendinin təşkilinə kömək edən İto şəhər sakinləri - Naoko İnaba, Serqey Zarubin, Satoyoşi Rinka AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, bu ilədək festivalda Azərbaycanı Bakıda, İsmayıllıda səfərdə olmuş yaponların təqdim etdikləri müxtəlif eksponatlarla təmsil etməyə çalışıblar. Bu il isə ilk dəfə olaraq Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyi də onlara qoşulub. Mərkəzin nümayəndələrinin təqdim etdiyi yeni eksponatlar, Azərbaycan haqda yapon və ingilis dillərində müxtəlif nəşrlər festival iştirakçılarının böyük marağına səbəb olub. Həmin məlumatlar Azərbaycanın İto şəhərində, o cümlədən Şizuoka prefekturasında daha yaxından tanınmasına mühüm təsir göstərəcək.

Festival iştirakçı ölkələrin nümayəndələri tərəfindən təqdim edilən bədii proqramla başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video