24 Noyabr 2018 20:15
559
İDMAN
A- A+

Azərbaycan Premyer Liqası: “Qəbələ” səfərdə “Keşlə”ni məğlub edib


Noyabrın 24-də Azərbaycan Premyer Liqasının 12-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyununda "Keşlə” klubu "ASK Arena”da "Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), "Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.
Bu qələbədən sonra "Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. "Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.
Turun ilk oyun gününün sonuncu matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Çempion "Qarabağ” debütant "Sabah”ı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video