Alternative content

04:45 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə açılışını edəcək
Ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə açılışını edəcək
ANA SƏHİFƏ / ELANLAR
01:19 24.11.2018


"Azmont Investments” şirkəti tərəfindən ərsəyə gətirilən, Aralıq dənizi regionunun ən gözəl yerlərindən birində - Monteneqroda yerləşən, hər detalı incəliklə işlənmiş çoxməqsədli ruhlandırıcı dənizkənarı kurort Portonovi 2019-cu ildə ilk mərhələsinin açılışının baş tutacağını elan edir.

"Dünyanın hər yerində insanlar getdikcə daha çox zəngin və ruhlandırıcı həyat tərzi, təbiətə yaxınlıq, stresdən azad və təhlükəsiz mühit, eləcə də ilhamverici sənət və mədəniyyət hadisələri təqdim edən kəşf edilməmiş yerlər axtarırlar. Monteneqro bu xüsusiyyətlərə sahib olmaqla yanaşı, biznes investisiyaları üçün də ən əlverişli mühitlərdən birinə malikdir. Dünyanın müxtəlif nöqtələrindən Monteneqroya uçuşu həyata keçirən hava yollarının sayının getdikcə artması, eləcə də dünyanın bir çox ölkələri üçün vizasız səyahət siyasəti, şübhəsiz ki, digər bir üstünlükdür. Bunlar hamısı bizdə beynəlxalq səviyyədə qarşılıqlı faydalı əməkdaşlıq üçün inam yaradır”, - deyə Portonovi kurortu layihəsini həyata keçirən "Azmont Investments” şirkəti Müşahidə Şurasının sədri Ahmet Erentok bildirir.

"Ərsəyə gətirdiyimiz bu zərif istirahət kompleksinin Aralıq dənizi bölgəsindəki ən çox rəğbət qazanan yaşayış və istirahət məkanlarından birinə və Avropanın bu bölgəsindəki ən eksklüziv daşınmaz əmlak layihəsinə çevrilməsinə inamımız tamdır”, - deyə A.Erentok 22-24 noyabr 2018-ci ildə Bakı Ekspo Mərkəzində keçirilmiş 4-cü Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo Real Estate) keçirilən təqdimat zamanı vurğulayıb.


Portonovi kurortu haqqında


Monteneqronun cövhəri: Ölkənin qeyri-adi gözəlliyini və müstəsna həyat tərzini simvolizə edən Portonovi, bağları, məşhur ticarət nişanlarının məhsulları ilə təchiz edilmiş fərqli interyer dizaynları və bir çox digər incəlikləri özündə əks etdirən 50-dən artıq lüks villa və 200-dən çox mənzili ilə 26 hektar ərazini əhatə edir. Bu bənzərsiz yaşayış sahəsi ilə yanaşı, ecazkar Aralıq dənizi regionunda yerləşən, şairlər tərəfindən vəsf edilməyə layiq möhtəşəm eviniz qayıqlar və super-yaxtalar üçün D-Marin Portonovi limanı və Avropada ilk "One&Only Resort Espace Chenot Health Wellness Spa” ilə qonşu olacaq. Fərqli konseptlərdə olan restoran və barlar, yüksəksəviyyəli mağazalar və qalereyalar orijinallığa, sivilizasiyaların mədəniyyətinə və tarixinə qiymət verən dünya vətəndaşları üçün nəzərdə tutulub.

2019-cu ildə açılışı olacaq Portonovi kurortunun ilk mərhələsi çərçivəsində Portonovi Village, Marina Residences, parkların və meydanların olduğu gəzinti sahələri, həmçinin tam fəaliyyətdə olacaq D-Marin Portonovi limanı sakinlərin və qonaqların istifadəsinə veriləcək. Village Residences Monteneqronun milli arxitekturasının və Venesiya tərzinin kombinasiyası olmaqla ənənəvi Aralıq dənizi regionu təəssüratını əks etdirir. Sakinlər işıqlandırılmış mənzərəli gəzinti yolları ilə bir-birinə bağlanmış, yüksək olmayan binalarda yerləşən, fərqli xarakterlərə, eleqant interyer və müasir rahatlığa malik mənzillər, "penthouse”lar və "townhouse”lardan zövqlərinə uyğun olaraq seçim edə bilərlər. "Cülyetta” balkonları, balkonlara açılan pəncərələr və qorunaqlı terraslar Village Residences məhəlləsinin gözəl mənzərəsinə xüsusi rəng qatır və eyni zamanda, şəxsi həyatın gizliliyini də kifayət qədər təmin edir.

Portonovi Marina Residences evlərində həyat müasir və canlı atmosferdə yaşanacaq. Sahildə yerləşən mənzillər və "sky villa”lar incəliklə işlənmiş lüks məkan hissi yaratmaqla, zərif və müasirdirlər. Ağac və şüşənin bir arada istifadə edilməsi parlaq bir görüntü yaradır. Eleqant daxili məkanlar dəniz mühitini balkonlar vasitəsilə içəri daşımaq üçün dizayn edilib. "Sky villa”lar isə malik olduqları möhtəşəm liman mənzərəli hovuzları ilə diqqət çəkir və sizi su ilə ahəngə dəvət edir.

Beynəlxalq səviyyədə tanınan, peşəkar liman idarəetmə şirkəti olan D-Marin tərəfindən işlədiləcək D-Marin Portonovi Marina 238 lövbər dayanacağı ilə sakinlərin və qonaqların qayıqlarına və yaxtalarına gömrük rüsumundan azad yanacaq təchizatı və vertolyot meydançası da daxil olmaqla, mükəmməl liman xidmətləri göstərəcək. Limanda Monteneqro dövlətinin sərhəd və gömrük xidməti yerləşəcək və bu, liman vasitəsilə ölkəyə giriş etməyə və ölkədən çıxmağa imkan yaradacaq. Boka körfəzinin girişində, dalğalardan maksimum qorunan mövqedə yerləşməsi limanı super yaxtalar üçün ideal məkana çevirir. Limanın yaxınlığında yerləşən "Vista” meydanı isə Marina həyatının dinamik mərkəzini formalaşdıracaq.


Monteneqro haqqında


Əsrlərin əsəri: Monteneqronun Avropanın ən populyar turizm istiqamətlərindən biri kimi getdikcə artan nüfuzu danılmazdır. İtaliya, Yunanıstan və Balkan yarımadası arasında mühüm bir nöqtədə yerləşən Monteneqro möhtəşəm təbiəti, əsrlərə dayanan tarixi, zəngin mədəni həyatı və mülayim iqlimi ilə məşhurdur. Bu ölkə onilliklər boyunca ezackar sahili, meşələrlə örtülü dağ yamacları, Aralıq dənizi körfəzləri, sahil boyu çimərlikləri ilə Avropanın gizli incisi olaraq qalmışdır ki, bu da ona inkişaf etmiş dünya ölkələrində nadir rast gəlinən təbii haşiyə bəxş edir. Bir zamanlar Şərqlə Qərb arasında qapı kimi düşünülmüş Aralıq dənizi regionundakı bu unikal məkan əsrlər boyunca fərqli sivilizasiyaların ocağı olmuşdur. Dağların dənizlə bir araya gəldiyi Boka körfəzi UNESCO-nun ümumdünya irsi siyahısına daxil olan əraziləri, əla vəziyyətdə qorunmuş orta əsrlərdən qalma şəhərləri və vəsf edilməyə dəyər balıqçılıq kəndləri ilə məşhurdur. Portonovi parlaq dənizçilik və ticarət irsinə malik, orta əsrlərə aid gözəl bir şəhər olan Herceq Novi şəhərində yerləşir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM