23 Noyabr 2018 12:50
736
Təhsil
A- A+

Akademik İsa Həbibbəyli: AMEA “fizika, yoxsa lirika” mübahisəsini elmi inteqrasiya müstəvisində təqdim edir


"Fizika, yoxsa lirika” mübahisəsi XX əsrin ortalarında Rusiya mətbuatında aparılan diskussiyaların mövzusu olub. İlk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) fiziklər və liriklər arasında problemi qarşıdurma kimi deyil, elmi inteqrasiya müstəvisində təqdim edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Moskva vilayətinin Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) keçirilən "Fiziklər və liriklər: MDB ölkələrində elm və ədəbiyyat sahəsində dünya təcrübəsi və reallıq” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli söyləyib.

AMEA-nın vitse-prezidenti bildirib ki, Azərbaycanın qaldırdığı bu mövzuda müzakirələrdə Rusiya, Monqolustan, Bolqarıstan, Belarus, Ukrayna və Gürcüstan alimləri yaxından iştirak edirlər.

Akademik deyib: "Hamının gəldiyi ümumi nəticə bundan ibarətdir ki, dəqiq elmlərin inkişafı üçün ədəbiyyata, bədii yaradıcılığa məxsus fantaziyanın, tərənnümün, həyat eşqinin çox böyük əhəmiyyəti var. Konfrans iştirakçıları bu fikri də təsdiq edirlər ki, dəqiq elmlərin inkişafında ədəbiyyatın böyük rolu var. Ədəbiyyatda məsələlərə sistemli yanaşma, kainatın, cəmiyyətin, insanın mahiyyətini açmaq üçün yazıçıya istedadla yanaşı, elm də lazımdır. Burada böyük şairimiz Məhəmməd Füzulinin "Elmsiz şeir əsası yox divar kimidir” misralarını xatırlamaq yerinə düşər”.

İ.Həbibbəylinin fikrincə, konfransın əhəmiyyəti ondan ibarətdir ki, alimlər dəqiq elmlərin inkişafında ədəbiyyatın rolunu, bədii yaradıcılığın inkişafında isə dəqiq elmlərin əhəmiyyətini əsaslandırılmış şəkildə təqdim edirlər. O vurğulayıb ki, konfrans Azərbaycan alimlərinin digər ölkələrdən olan həmkarları ilə elmi əlaqələrinin genişlənməsində körpü rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video