22 Noyabr 2018 23:54
757
Mədəniyyət
A- A+

Varşava döyüşü bakılı kinosevərlərin gözü ilə


Noyabrın 22-də "Landmark” otelində yerləşən "Rotunda” klubunda "Visla” III Polşa Filmləri Festivalının açılışı olub. Tamaşaçılara rejissor Yeji Qofmanın "Varşava döyüşü. 1920” tarixi filmi təqdim edilib.

AZƏRTAC-ın məlumatına görə, Polşanın ölkəmizdəki səfiri Marek Tsalka tədbiri açaraq festivalın əsas məqsədinin Azərbaycanda Polşa kinematoqrafiyasına marağın artırılması olduğunu bildirib. O qeyd edib ki, ölkələrimizi mədəniyyət sahəsindəki sıx əlaqələr bağlayır. Səfir diqqətə çatdırıb ki, "Varşava döyüşü. 1920” filmi öz Vətəninin müstəqilliyi uğrunda son damla qanlarınadək vuruşan igid polyaklara həsr edilib. M.Tsalka, həmçinin bu il Polşanın müstəqilliyinin 100 illiyinin qeyd olunduğunu bildirib.

Sonra "Varşava döyüşü. 1920” filminin nümayişi olub. Ekran əsərində məşhur döyüşün iki iştirakçısının – müğənni Olya (Nataşa Urbanska) və onun nişanlısı – Polşa ordusunun ulanı (nizəli süvari əsgər) Yanın (Boris Şits) sevgi hekayəsindən bəhs edilir.

Qeyd edək ki, Varşava döyüşü 1919-1921-ci illər Sovet-Polşa müharibəsinin həlledici vuruşmalarından biridir. Bu döyüşün nəticəsi Polşanın müstəqilliyini qoruyub saxlamağa gətirib çıxarıb. Film bakılı tamaşaçılarda böyük təəssürat yaradıb.

Festival çərçivəsində tanınmış polşalı rejissorların "Ədalətli”, "Şəhər-44”, "Sevgi vergisi” və digər işləri nümayiş etdiriləcək. Festival noyabrın 28-dək davam edəcək. Giriş sərbəstdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video