22 Noyabr 2018 20:35
710
İQTİSADİYYAT
A- A+

Ekspert: Prezidentin Türkmənistana səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir


Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur.

Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Ekspert qeyd edib ki, son illər Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artması müşahidə olunur. Belə ki, əgər 2014-cü ildə ölkələrimiz arasında ümumi ticarət dövriyyəsi 51 milyon ABŞ dolları idisə, bu rəqəm 2017-ci ildə 164 milyon 145 min dollaradək yüksəlib. Son 4 ildə iki ölkə arasında ticarət dövriyyəsi 3 dəfədən çox artıb. İllər üzrə ticarət dövriyyəsinə diqqət yetirsək, Dövlət Statistika Komitəsinin məlumatına görə, hər il ticarət dövriyyəmizdə əvvəlki illərə nisbətən artım olub. Belə ki, ticarət dövriyyəsi 2015-ci ildə 52 milyon, 2016-cı ildə 152 milyon 276 min dollar, 2017-ci ildə 164 milyon dollardan çox olub. Ticarət dövriyyəsinin artması ondan xəbər verir ki, son illər iki ölkənin münasibətlərində, ticarət və iqtisadi əlaqələrin inkişafında irəliləyişlər müşahidə olunur.

Qeyd edilib ki, Azərbaycan-Türkmənistan münasibətləri həm də Xəzərin statusu müəyyənləşdikdən sonra yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq ki, hər iki ölkə Xəzəryanı ölkədir, Türkmənistan və Azərbaycan arasında işlənməli yataqlar var. Bu yataqların işlənməsi məsələsi uzun müddətdir ki, müzakirə olunur və Xəzərin statusunun müəyyənləşməsi bir tərəfdən bu yataqların işlənməsi üçün bir zəmin formalaşdırdı, eyni zamanda, xüsusilə enerji resurslarının birgə nəqli baxımından da imkanlar yaratdı. Bu baxımdan da dövlətimizin başçısının Türkmənistana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilməlidir. Bu səfərin yekunları göstərir ki, Azərbaycan və Türkmənistan strateji əməkdaşlıq mərhələsinə qədəm qoyur. Ölkələrimiz arasında münasibətlərin yaxşılaşması yataqların birgə işlənməsinə imkan verə bilər. Bu da istifadəsiz qalan yataqlardan hər iki dövlətin faydalanması üçün bir zəmin formalaşdırır.

"Səfər çərçivəsində imzalanan sənədlər, bu sənədlərdə əks olunan məsələlər ondan xəbər verir ki, növbəti dövr Azərbaycan-Türkmənistan əlaqələri baxımından vacib bir dövr olacaq, hər iki ölkə iqtisadi, siyasi, strateji əməkdaşlıqda yeni mərhələyə qədəm qoyacaq", - deyə ekspert diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video