22 Noyabr 2018 15:52
236
CƏMİYYƏT
A- A+

Oleq Stijevski: Belarus ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq üçün vacib hüquqi baza formalaşdırılıb


Belarus ilə Azərbaycan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq üçün vacib hüquqi baza formalaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Belarus Respublikasının ədliyyə naziri Oleq Stijevski noyabrın 22-də Bakıda keçirilən "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

Oleq Stijevski qeyd edib ki, Belarus ilə Azərbaycan arasında ədliyyə sahəsində əməkdaşlıq üçün bütün əsaslar mövcuddur. Keçən il biz reallıqları nəzərə alaraq, əməkdaşlıq barədə saziş imzaladıq. Ümumi maraq kəsb edən bir sıra məsələlərlə bağlı təcrübə mübadiləsi uğurla davam etdirilir. Azərbaycan Ədliyyə Nazirliyi ilə əməkdaşlığımız və nazirliyin həyata keçirdiyi təqdimatlar bizə sübut etdi ki, qurumlarımız arasında fəaliyyətlər bənzərdir və qarşımızda ümumi hədəflər durur.

Belarusun müvafiq sahədə Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qonaq qeyd edib ki, ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələr nümunəvi xarakter daşıyır. Bu gün ikitərəfli münasibətlərimiz bütün sahələrdə sürətlə inkişaf edir. Bu inkişafa nail olunmasında dövlətlərimizin başçıları İlham Əliyevin və Aleksandr Lukaşenkonun xidmətləri misilsizdir.

"Ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Lakin bu uğurların artırılması üçün daha böyük potensial var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri bunu bir daha sübut etdi.

Yüksək əməkdaşlığın təməlini xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətləri müəyyənləşdirib. Xalqlarımızı eyni dəyərlər, uzun illər ərzində mövcud olan ümumi tarix və gələcək inkişaf yolunda birgə səylər birləşdirir”, - deyə Belarusun ədliyyə naziri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video