22 Noyabr 2018 15:46
336
SİYASƏT
A- A+

XİN: Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın dəvət olunmaması ilə bağlı yayılan məlumat araşdırılır


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir: "Qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.

Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video