22 Noyabr 2018 01:39
453
İQTİSADİYYAT
A- A+

SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir


SOCAR Aşqabadda işə başlayan "Türkmənistan-2018: neft və qaz” sənaye forumu və sərgisində iştirak edir.

AZƏRTAC xəbər verir ki, sərgidə 30 ölkəni 50-dək neft-qaz şirkəti təmsil edir. Sərgidə "Petronas”, "Total”, "Dragon Oil”, "Eni”, "CNPC”, "Liebherr”, "Tatneftğ” kimi şirkətlər də öz stendlərini nümayiş etdirir. Sərgidə əsas diqqət yenilənən enerji mənbələri sahəsində eko-innovasiyalara və perspektivli inkişaflara, müəssisələrdə ekoloji təhlükəsizliyin yaxşılaşdırılmasına yönəldilib.

Forumda (OGT-2018) isə 40-dan çox ölkənin ən böyük neft-qaz şirkətlərinin 500-ə yaxın nümayəndəsi iştirak edir. Tədbirdə neft-qaz sənayesində, eləcə də metallurgiya, kimya, mühəndislik sahəsində, energetika sənayesində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri öz məhsullarını nümayiş etdirməklə yanaşı, əməkdaşlıq əlaqələrini genişləndirmək və işgüzar əlaqələrin səmərəliliyinin artırılmasını müzakirə edirlər. Forum çərçivəsində keçirilən plenar iclaslarda neft və qazın qlobal enerji bazarında tendensiyaları, istehsalı, emalı sahəsində beynəlxalq əməkdaşlıq və ixrac perspektivləri müzakirə olunur. Forum və sərgi noyabrın 23-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video