21 Noyabr 2018 15:56
242
CƏMİYYƏT
A- A+

Şəhid anası: Dövlətimiz tərəfindən şəhid ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğı göstərilir


Biz şəhid ailəsi olaraq həmişə dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss etmişik. Prezidentimizin şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı Fərman ölkəmizdə şəhid ailələrinə göstərilən diqqətin növbəti təzahürüdür.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Naxçıvan şəhər sakini şəhid Rüstəm Nəcəfovun anası Şövkət Əhmədova deyib.

"Oğlum Rüstəm Nəcəfov 1993-cü ilin oktyabr ayının 6-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Böyük oğlum Əli isə Sədərəkdə gedən döyüşlərdə yaralanıb, ikinci qrup əlildir. Mən fəxr edirəm ki, övladlarım Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşublar, oğlum Rüstəm Vətən uğrunda canından keçərək, şəhidlik zirvəsinə ucalıb”, – deyən Şövkət Əhmədova bildirib ki, bu gün dövlətimiz şəhid ailələrinə böyük diqqət və qayğı ilə yanaşır.

"Şəhid ailəsi kimi mən aylıq olaraq müavinət alıram, bayramlarda və əlamətdar günlərdə bizə bayram sovqatları təqdim olunur. Dövlət başçımızın şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsinə dair imzaladığı Fərman muxtar respublikamızda da uğurla icra olunur. Muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğı göstərilir. Mən öz adımdan və ailəmiz adında bu humanist addıma görə Prezidentimizə minnətdarlığımı bildirirəm”, - deyə şəhid anası vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video