21 Noyabr 2018 13:35
217
SİYASƏT
A- A+

Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur


Belarusa rəsmi səfər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasətinin növbəti uğurudur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Azərbaycanın və Belarusun strateji tərəfdaşlar olduğunu xatırladan Bahar Muradova qeyd edib ki, dövlətlərimiz bir çox vacib məsələlərdə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir. Bir çox məsələlərdə mövqe birliyi var. Bu səfər zamanı da bildirildi ki, hər iki dövlət bir-birinin maraqlarını qarşılıqlı şəkildə bütün müstəvilərdə qoruyur. Bunun nümunələri bu günə qədər göstərilib.

Milli Məclisin sədr müavini deyib ki, bu səfər həm müzakirə olunan məsələlər, həm imzalanan sənədlər, həm də hər iki prezidentin verdiyi bəyanatın ruhu ilə diqqəti cəlb etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən digər bu kimi münaqişələrin beynəlxalq hüququn prinsipləri, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll olunmasının vacibliyinin vurğulanması onu göstərir ki, getdikcə dünyada bu mövqeni dəstəkləyən ölkələrin sayı çoxalır. Azərbaycan və Belarus da bu kimi məsələlərdə öndə gedən dövlətlərdir. Eyni zamanda, xalqlarımızın, müvafiq dövlət qurumlarımızın yaxşı münasibətlərinin, o cümlədən prezidentlərimizin möhkəm dostluğunun əlaqələrə çox müsbət təsir göstərdiyinin şahidi oluruq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video