21 Noyabr 2018 13:01
520
İQTİSADİYYAT
A- A+

TAPI qaz kəməri üçün borular Azərbaycan ərazisindən daşınır


Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz kəmərinin tikintisi üçün polad boruların Türkmənistana göndərilməsi işləri davam edir.
AZƏRTAC "ORİENT”ə istinadla xəbər verir ki, bu borular Türkmənistanın "Türkmənqaz” dövlət konserni ilə Səudiyyə Ərəbistanının "Global Pipe Company” şirkəti arasında imzalanmış kontrakta əsasən, Səudiyyə İnkişaf Fondunun ayırdığı 40 milyon dollar vəsait hesabına alınıb.

Təbii qazın nəqli üçün boruların tədarükü dəniz yolu ilə Səudiyyə Ərəbistanının Dammam limanından Gürcüstana (Batumi limanı) və daha sonra Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə Türkmənistanın Türkmənbaşı Beynəlxalq Limanına çatdırılır.

Nəzərdə tutulmuş qrafikə uyğun olaraq, noyabrın 19-dək Türkmənbaşı limanında hər birinin içərisində magistral qaz kəmərləri üçün standart ölçülü dörd borunun olduğu 188 vaqon boşaldılıb. Borular Türkmənbaşı limanından dəmir yolu ilə Marı vilayətindəki "Imambaba” stansiyasına göndərilir. Artıq burada 5 min metrdən çox boru qəbul edilib.

Kontrakta görə, 750 vaqona yüklənən 35 min metrdən çox polad boruların tədarükü iki mərhələdə həyata keçiriləcək. Bu borular montaj işləri üçün dərhal tikinti meydançalarına çatdırılır.

TAPI layihəsinin dəyəri 8-10 milyard dollar məbləğində qiymətləndirilir. Uzunluğu 1800 kilometr olacaq bu boru kəməri ilə Türkmənistanın "Qalkınış” qaz yatağından illik 33 milyard kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Boru kəməri istifadəyə verildikdən sonra Pakistan və Hindistan gündəlik 40 milyon kubmetr mavi yanacaq idxal edəcəklər. Təbii qazın gündəlik 14 milyon kubmetri isə Əfqanıstan üçün nəzərdə tutulub. Boru xəttinin Əfqanıstan hissəsinin təməli cari il fevralın 23-də qoyulub, dekabr ayında isə Pakistan ərazisində qaz kəmərinin tikintisinə başlanılacaq.

Enerji daşıyıcılarının dünya bazarlarına tədarükünün yeni marşrutları Türkmənistan üçün prioritet məsələlərdən biridir. Aşqabad, həmçinin Avropa bazarlarına da mavi yanacaq nəqlini nəzərdən keçirir. Bu məqsədlə Avropa Komissiyası, Azərbaycan, Türkiyə və Gürcüstanla Transxəzər qaz kəmərinin tikintisi və türkmən qazının Cənub dəhlizi ilə Avropa ölkələrinə göndərilməsi üzrə danışıqlar aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video