21 Noyabr 2018 10:04
865
İDMAN
A- A+

UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupu ikinci pillədə başa vurub


UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin son oyun günündə ümumilikdə yeddi görüş keçirilib. Bu nəticələrdə sonra növbəti mərhələyə yüksələn sonuncu 4 komanda müəyyənləşib.

A Liqasının 3-cü qrupunda keçirilən Portuqaliya-Polşa matçında qalib müəyyənləşməyib – 1:1. Portuqaliya qrupu birinci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib, Polşa isə A liqasını tərk edib.

B Liqasının ikinci qrupunda İsveç yığması öz meydanında Rusiya millisini 2:0 hesabı ilə məğlub edərək qrupu birinci pillədə tamamlayıb.

C Liqasında isə üç oyun keçirilib. Birinci qrupda Şotlandiya millisi doğma meydanda İsrail futbolçularını 3:2 hesabı ilə məğlubiyyətə uğradaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

Serbiya millisi dördüncü qrupu lider kimi tamamlayıb. Son turda Litvaya qalib gələn Serbiya Monteneqro və Rumıniya üçün əlçatmaz olub.

D Liqasının üçüncü qrupunda Malta ilə Farer adaları ilə 1:1 hesablı heç-heçəyə razılaşıblar. Kosovo millisi isə Azərbaycan yığmasını 0:4 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.  Azərbaycan millisi isə ikinci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video