21 Noyabr 2018 00:37
1017
Təhsil
A- A+

“AmCham Azərbaycan”ın tədbirində təhsilin inkişafı ilə bağlı reallaşdırılan işlərdən danışılıb


Noyabrın 20-də "Abşeron Mariott” hotelində təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan”) tərəfindən işgüzar nahar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ceyhun Bayramov müasir dünyada təhsilin mühüm rolundan danışıb, ölkəmizdə bu sahəyə xüsusi önəm verildiyini vurğulayıb. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini qeyd edən nazir Strategiyaya uyğun olaraq təhsil sahəsində reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən bəhs edib.

C.Bayramov təhsil sahəsində dövlət-özəl sektor əməkdaşlığının mövcud modelləri və bu istiqamətdə mümkün layihələr haqqında ətraflı məlumat verib.

Tədbirdə "AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov və icraçı direktoru Natəvan Məmmədova çıxış ediblər. Sonra qurumun üzvləri tərəfindən təqdimatlar olub. Eyni zamanda, Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndələri respublikamızın 22 rayonunda həssas uşaqları dəstəkləmək üçün yeni sosial biznes layihəsini təqdim ediblər.

Qeyd edək ki, "AmCham Azərbaycan”ın işgüzar naharı hər ay təşkil olunur və burada hökumət rəsmiləri, parlament üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış "AmCham Azərbaycan” iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video