21 Noyabr 2018 00:32
589
CƏMİYYƏT
A- A+

Bu, həm maddi kömək, həm də mənəvi təskinlikdir...


Həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi davam edir


Dövlətimizin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan əhəmiyyətli xərclər ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. Bununla yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən güzəşt və imtiyazların miqyasının genişləndirilməsi daim diqqət mərkəzindədir. Bu baxımdan hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanı da məhz həmin məqsədə xidmət edir. Bu fərmana əsasən, 1997-ci il avqustun 2-dək respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə sözügedən fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

Cənab İlham Əliyev prezident seçkiləri ərəfəsində uzun illərdir gündəlikdə duran bu məsələnin həll olunacağını vəd etmişdi. Buna müvafiq fərmanın imzalanması və ödəmələrin verilməsi prosesinin başlanması dövlət başçısının verdiyi vədə sadiq qaldığını təsdiq edir. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti hər bir vətəndaşın qayğı və problemlərinə həssaslıqla yanaşır, onların tezliklə aradan qaldırılması üçün əməli tədbirlər görür.

Məlum olduğu kimi, 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması ilə bağlı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, maliyyə təminatı həll edilmiş və sığorta ödənişlərinin verilməsinə başlanmışdır. Həmin qanunun tətbiqindən əvvəl isə respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri açıq qalmışdı. Bu səbəbdən də cari il aprelin 19-da Prezident

İlham Əliyev məhz həmin kateqoriyaya aid olan hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi barədə fərman imzalamışdır.

Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir və vərəsəlik şəhadətnaməsi alırlar. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparır.

Bu il noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsinə başlanıb. Proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla, şəffaflıq tam təmin edilməklə həyata keçirilir. 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələri müvafiq vəsaiti almışlar.

Birdəfəlik ödəmə verilmiş vərəsələrdən biri də Tovuz rayonunun Əlibəyli kənd sakini Navad Rzayevadır. Bu kəndin sakinləri uzun illərdir mənfur düşmənlə üzə-üzə dayanıb öz torpaqlarını, ev-eşiklərini, bağ-bağçalarını mərdliklə müdafiə edirlər. Erməni quldurları bu sərhəd kəndinin igid oğullarından çox zərbələr alıblar. Belə ki, əlibəylililər onlar mərdliklə döyüşür, yaralanır, şəhid olur, amma bir addım da geriyə çəkilmirlər. Namiq Rzayev belə oğullardan biri idi. Könüllü surətdə torpağının, el-obasının müdafiəsinə qalxmışdı. 1992-ci il noyabrın 26-da namərd qonşularımızın növbəti hücumunun qarşısını alarkən mərdliklə həlak oldu.

Şəhidin bacısı Həmayə Mustafayeva deyir ki, birdəfəlik ödəmə vərəsə kimi anası Navad xanıma verilib. Şəhid anası 71 yaşındadır, səhhəti çox zəifdir, indinin özündə də xəstə yatır. Təbii ki, maddi köməyə də ehtiyacı var. Ailə dövlətin vətən, torpaq təəssübü çəkərək canını fəda etmiş igidlərin doğmalarını unutmadığını yüksək dəyərləndirir. Çünki bunu maddi kömək olmaqla yanaşı, həm də böyük mənəvi dəstək sayır. Şəhid ailələri dövlətin bu cür qayğısından təskinlik tapır.

Odur ki, Azərbaycan dövlətinin bu humanist siyasətini gözdən salmaq istəyənlər qoy özlərini qərəzli cəhdləri ilə yormasınlar. Onların məqsədi aydındır: dövlət-vətəndaş münasibətlərinə kölgə salmaq üçün dəridən-qabıqdan çıxır, özlərini "haqqın müdafiəçisi” kimi qələmə verirlər. Belələri bilməlidirlər ki, öz əsassız iddiaları ilə dövlətin işinə qarışmağa və həlak olmuş hərbçilərin, şəhidlərin doğmalarının adından danışmağa onlara heç kim haqq verməyib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video