20 Noyabr 2018 22:14
599
İDMAN
A- A+

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib


Noyabrın 20-də Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, Beynəlxalq Cüdo Federasiyasının, eyni zamanda, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İki gün davam edəcək yarışda Azərbaycan yığma komandasının üzvləri və 56 cüdo klubundan 500-ə yaxın idmançı qüvvəsini sınayır. Çempionatın birinci günündə kişilər arasında 60, 73, 90, qadınların yarışında isə 48, 57, 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Yarışın ikinci günündə kişi cüdoçular 66, 81, 100 və +100 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Qadınların yarışında isə 52, 63, 78 və +78 kiloqram çəki dərəcələrində ən güclülər müəyyənləşəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video