20 Noyabr 2018 16:46
414
İQTİSADİYYAT
A- A+

Göyçayda yığılan nar və xurmanın 70 faizi Rusiya və Ukrayna bazarlarına ixrac olunub


Göyçay rayonunda nar və xurma bağlarında cari ildə bol məhsul yetişdirilib və hazırda meyvə yığımı davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hələlik bağlardan 40 min ton nar və xurma yığılıb. Dərilən meyvələrin 70 faizi çeşidlənərək Rusiya və Ukrayna bazarlarına göndərilib.
Qeyd edək ki, rayonda 6040 hektar meyvə bağı var. Bağların çox hissəsi - 3740 hektarı nar, 1470 hektarı xurmadır. Mütəxəssislər builki mövsümdə hər iki meyvə üzrə istehsalın ötən ildəkindən çox olacağını söyləyirlər.
Cari mövsümdə bir sıra ərazilərdə, o cümlədən Bığır, Alxasova, Aşağı Qaraməryəm ərazi vahidlərində daha çox nar, Cəyirli, Qızılağac, Potu, Qarabaqqal ərazi vahidlərində isə xurma yetişdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video