20 Noyabr 2018 15:52
505
CƏMİYYƏT
A- A+

Quba və Qusarın görməli yerlərinə ekskursiyada 400-dən çox şagird iştirak edib


Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Yevlax məktəblərinin şagirdləri noyabrın 20-də Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şimal bölgəsinə ekskursiyada 400-dən çox IX-XI sinif şagirdi iştirak edir.
Göyçay, Ağsu, Qobustan və Yevlax rayonlarından olan qruplar Qubanın görməli yerlərini gəziblər. Qədim Qubaya ekskursiya zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıqla başlayıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra məktəblilər dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbəyə gəliblər. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.
Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən "Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Məktəblilərin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Daha sonra məktəblilər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki "ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində "ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir. Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili məqsədilə Quba "ABAD Factory” ərazisində müvafiq infrastruktur yaradılıb. Burada 10 "ABAD”çı ailənin (30 nəfərə yaxın) fəaliyyət göstərməsi nəzərdə tutulub. Məhsul dövriyyəsi çoxaldıqca bu sayın 50 nəfərədək artırılması planlaşdırılır.

Kompleksdə "Pasha Holding”in dəstəyi ilə "ABAD Gastro Village” layihəsi və onun nəzdində olan "Food truck”lər (təkərli qoşqular) parkı salınıb. "ABAD Gastro Village”in səyyar şəkildə fəaliyyət göstərməsi şimal regionlarında yaradılmış turizm infrastrukturunu daha cəlbedici edir. "Truck”lər 5 istiqamət üzrə satış aparır. Bura dönər, burger, pizza, şirniyyat və "ABAD” etno-butiki daxildir.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
Tur-aksiya iştirakçıları, həmçinin "Quba Palace” mehmanxana kompleksində və burada yerləşən Qolf Klubunda da olublar.
Şamaxı, İsmayıllı, Şəki, Oğuz və Qəbələdən olan şagirdlərdən ibarət qruplar isə noyabrın 20-də maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın şimal qapısı sayılan Qusar rayonuna gəliblər.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.
Sonra tur-aksiya iştirakçıları "Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində "Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video