20 Noyabr 2018 15:40
530
DÜNYA
A- A+

Ermənistanda etiraz aksiyaları intensiv hal alıb


Ermənistanın yeganə quru yolu olan Yuxarı Lars sərhəd-keçid məntəqəsi bir neçə gündür bağlıdır. Sərhəddə qalan insanlar əsəblərinin tarıma çəkildiyini deyirlər. Yüzlərlə yük avtomobili yaranmış problemin nə vaxt həll olunacağını gözləyir.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, ölkənin nəqliyyat və yüksək texnologiyalar nazirinin müavini Armen Pambuxçiyan hələ şənbə günü vətəndaşlara keçid məntəqəsinin açılacağı ilə bağlı söz vermişdi. O demişdi ki, ucqar ərazilərdə güclü qar yağdığından yolun dolayları gediş-gəliş üçün təhlükəlidir. Rəsmi açıqlama yükdaşımalarla məşğul olan şirkətlərdə ciddi narahatlıq yaradıb. Onlar bu müddətdə xeyli pul itirəcəklərini bildirirlər. İqtisadçılar da hesab edirlər ki, Yuxarı Lars sərhəd-keçid məntəqəsinin bir gün də bağlı qalması yükdaşımalarla məşğul olan şirkətlər üçün təhlükəlidir. Hökumət uzun illərdir bu problemi həll edə bilmədiyindən eyni hal illərdir təkrarlanır. Ona görə də yükdaşımalarla məşğul olan əksər şirkətlər Ermənistana yük gətirməkdən imtina edirlər.

Yerevan zooparkının əməkdaşları da tətilə başlayıblar. Etirazçılar direktor Ruben Xaçaturyanın istefasını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını tələb edirlər. Bildirilir ki, Yerevan zooparkı məhv olmaq üzrədir. Hər gün heyvanlar naməlum səbəblərdən ölür. Sonuncu dəfə 800 min dram qiyməti olan maral tələf olub. Heyvanların kütləvi qırılma səbəbi heyvanat parkında gərginliyi artırıb. Aksiya iştirakçıları zoopark sakinlərinin pis şəraitdə, üstəlik ac saxlanıldığını iddia edirlər. Onlar özlərinin də xidmətləri müqabilində cüzi əməkhaqqı aldıqlarını hökumətin diqqətinə çatdırmaq üçün tətilə başladıqlarını bəyan ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video