20 Noyabr 2018 15:28
424
DÜNYA
A- A+

Rusiya-Gürcüstan sərhədində 500-dək yük avtomobilinin tıxacı yaranıb


Rusiya–Gürcüstan sərhədində Rusiya, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, İran və Ermənistana məxsus 500-ə yaxın böyükhəcmli yük maşını dayanıb.
AZƏRTAC Gürcüstan mətbuatına istinadla xəbər verir ki, buna səbəb beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomagistralında (hərbi yol kimi tanınan Yuxarı Lars) yolların buz bağlamasıdır.
Yerli mətbuat Şimali Osetiya Fövqəladə Hallar Xidmətinə istinadla yazır ki, hazırda sərhəddə 491 böyük yük avtomobili və buna müvafiq olaraq bir o qədər də insan var. Xüsusi xilasedicilər onlara müvafiq yardımlar göstərirlər. Amma həmin avtomobillərə yolda hərəkət etməyə məsləhət görülmür.
Yolda isə bu cür avtomobillərin sayı artır.
Yolda sərnişin tutumu 20 nəfərdən az, şinləri təzə və xüsusi avadanlıqla təmin olunmuş minik avtomobillərinin hərəkətinə icazə verilib.
Belə avtomobillər hər iki tərəfdən sərhədə qədər və əks istiqamətdə dövlət yol polisi və digər dövlət strukturlarının köməyi və müşayiəti ilə hərəkət edirlər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video