19 Noyabr 2018 14:51
666
Təhsil
A- A+

Bu ilin doqquz ayında Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsi 3,3 dəfə artıb


2018-ci ilin yanvar-sentyabr ayıarında Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə artıb və 331,5 milyon dollara bərabər olub.

AZƏRTAC xəbər verir ki, Belarusun Baş nazirinin müavini bu sözləri Mixail Rusıy Belarus-Azərbaycan ticari-iqtisadi əməkdaşlığına dair Hökumətlərarası Komissiyanın Minskdə keçirilmiş iclasında söyləyib. M.Rusıy Azərbaycan ilə ticari-iqtisadi əməkdaşlığın dinamikasından məmnun olduğunu bildirərək deyib: "Qarşılıqlı əmtəə dövriyyəsinin artması meylinin uzunmüddətli və sabit xarakter daşıması üçün indi yeni müştərək layihələr üzərində fəal işləmək lazımdır. Biz sənaye və kənd təsərrüfatında kooperasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, Gəncə avtomobil zavodunda traktorların, taxıl kombaynlarının, MAZ texnikasının yığılması və digər sənaye məhsullarının buraxılması üzrə işə böyük əhəmiyyət veririk. Biz kənd təsərrüfatı maşınqayırma sənayesi yaratmışıq”.
M.Rusıy Belarus ilə Azərbaycan arasında nəqliyyat və logistika, neft-kimya və əczaçılıq sahələrində əməkdaşlığın perspektivi olduğunu söyləyib. Baş nazirin müavini deyib: "Biz Azərbaycanda şiş əleyhinə preparatlar istehsal edən müasir müəssisə yaradılması üzrə yeni addımlar atmağa hazırıq. Bu, həm iqtisadi, həm də sosial layihədir. Hesab edirəm ki, tərəflər həmin müəssisədə artıq gələn il məhsul alınması üçün operativ qaydada müzakirələr aparacaqlar”.

Belarus hökumətinin ərzaq məhsullarının qarşılıqlı satışının artımına da fəal kömək etmək niyyətində olduğunu bildirən Mixail Rusıy deyib: "Azərbaycanlı istehlakçılar Belarusdan göndərilən süd, ət və qənnadı məmulatları ilə yaxşı tanışdırlar. Keçən il Minskdə Azərbaycan Ticarət Evinin açılmasını və dostlarımızın digər analoji təşəbbüslərini alqışlayırıq, Belarus hökuməti bu tədbirlərə maksimum kömək göstərəcək”.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadi əməkdaşlığı möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. O deyib: "Əmtəə dövriyyəsinin indiki səviyyəsi bizim potensialımıza uyğun deyil. Ölkələrimiz arasında yaranmış səmimi dostluq münasibətləri çox vacib və qiymətlidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video