19 Noyabr 2018 13:29
183
DÜNYA
A- A+

Mark Sukerberq “Bloomberg”in milyarderlər indeksində altıncı pilləyə enib


"Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Sukerberq kompaniyasının ABŞ keçirilən seçkilərə "Rusiya müdaxiləsi” ilə əlaqədar qalmaqal fonunda ilin əvvəlindən bəri 17,4 milyard dollar pul itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat "Bloomberg Billionaires Index” reytinqinin (BBI) məlumatında yer alıb. İndeks milyarderlərin paylarının olduğu kompaniyaların aksiyalarının dəyərləri əsasında hesablanır. BBI reytinqi ümumilikdə dünyanın ən varlı 500 şəxsini əhatə edir.

"Facebook” kompaniyasının aksiyaları noyabrın 16-da hərracın sona çatmasına qədər 3 faiz itirərək 139,53 dollara qədər ucuzlaşıb və 2017-ci ilin aprel ayında qeydə alınan minimuma çatıb. Beləliklə, Sukerberq bir ticarət sessiyasında 1,63 milyard dollar "kasıblayıb”. Hazırda onun varidatı 55,3 milyard dollar həcmində qiymətləndirilir.

Aksiyaların ucuzlaşması nəticəsində Mark Sukerberq reytinqin altıncı pilləsinə enib. Halbuki o, iyul ayında yalnız "Amazon” kompaniyasının sahiblərindən biri Ceff Bezosdan və "Microsoft” kompaniyasının yaradıcısı Bill Qeytsdən geri qalaraq planetin ən varlı üç insanının arasında idi. O zaman Sukerberqin varidatı 86,6 milyard dollar həcmində qiymətləndirilirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video