18 Noyabr 2018 15:44
311
CƏMİYYƏT
A- A+

Tur-aksiya çərçivəsində Mingəçevir məktəblilərinin cənub bölgəsinə ekskursiyası təşkil olunub


"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Mingəçevir məktəbliləri də qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, Təhsil Şöbəsinin işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

Bildirilib ki, "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Mingəçevir şəhərinin ümumtəhsil məktəblərindən nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdi və onları müşayiət edən 5 bələdçi-müəllim dörd gün ərzində tur-aksiyanın səfər proqramına uyğun olaraq Lənkəran, Masallı, Astara şəhərlərinə səyahət edəcək, bu şəhərlərin tarix və mədəniyyət abidələri, görməli yerləri, sosial-iqtisadi inkişaf sahəsində nailiyyətləri ilə yaxından tanış olacaq və müxtəlif tədbirlərdə iştirak edəcək.

Tur-aksiya iştirakçılarının yola salınması mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tariyel Şükürov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı barədə məlumat verib.

Məktəblilər ölkəmizi daha yaxından tanımaları üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Sonda ulu öndər Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzən 40 nəfər şagirddən ibarət qrup xüsusi avtobusla Lənkəran rayonuna yola düşüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video