18 Noyabr 2018 15:40
356
CƏMİYYƏT
A- A+

Maarifləndirici tur-aksiyanın iştirakçıları arasında Göygöl məktəbliləri də var


"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaya Göygöl məktəbliləri də qoşulublar. Məktəblilər noyabrın 18-dən 21-dək Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə rayonun Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçılarının yola salınması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyalara rayonun ümumtəhsil məktəblərinin şagirdləri də böyük həvəslə qoşulurlar. Aksiyanın budəfəki mərhələsində rayon üzrə 40 məktəbli iştirak edəcək. Tur-aksiyanın proqramı təkcə bölgələrin sosial-iqtisadi, tarixi-mədəni həyatı ilə tanışlıqla bitməyəcək. Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat veriləcək.

Məktəblilərin diqqətinə çatdırılıb ki, onlar "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Azərbaycanın şimal bölgəsinin cənnət guşələri olan Qəbələdə, Şəkidə, Zaqatalada olacaqlar. Ekskursiya çərçivəsində şagirdlər bölgənin adət-ənənələri, ləzzətli mətbəxi, təbiət gözəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Həmçinin şagirdlərin gedəcəyi rayonların keçmiş və müasir simasını əks etdirən Tarix-Diyarşünaslıq muzeyləri, qədim tarixi abidələri, Gənclər mərkəzləri, Olimpiya kompleksləri, Bayraq meydanları, rəsm qalereyaları ilə və digər obyektlərlə tanışlıq onların yaddaşında silinməz izlər buraxacaq.

İcra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiyanın əhəmiyyətindən söz açaraq şagirdlərin tanış olacağı Qəbələ-Şəki-Zaqatala bölgəsi haqqında məlumat verib.

Rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev şagirdlərə tur-aksiya zamanı yeni biliklər öyrənmələrini və dostlar qazanmalarını tövsiyə edib.

Mərasimdə çıxış edən müəllimlər və valideynlər şagirdlər üçün yaradılmış yüksək şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ulu öndər Heydər Əliyevin mərkəzdə ucaldılmış abidə kompleksi qarşısına gül-çiçək dəstələri düzən tur-aksiya iştirakçıları Qəbələyə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video