18 Noyabr 2018 15:28
222
CƏMİYYƏT
A- A+

Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar


Noyabrın 18-də Nərimanov rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdlər "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə, Şəmkir və Göygöl şəhərlərinə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər ümummilli lider Heydər Əliyevin rayon ərazisindəki abidəsini ziyarət ediblər.

Tur-aksiyanın iştirakçısı, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nərminə Həsənzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyası Vətənimizi daha yaxından tanımaq imkanı yaradır. Belə uğurlu layihənin reallaşdırılmasına görə məktəblilər adından dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Bu layihə çərçivəsində biz dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiya edəcəyik. Həmin şəhər və rayonlar barədə ətraflı məlumat əldə edəcəyimiz üçün çox sevinirik. Bu tur-aksiya bizə ölkəmizin səfalı guşələrini, füsunkar təbiətini öz gözlərimizlə görmək, bölgələrdə əhalinin yaşayış tərzini, adət-ənənələrini öyrənmək, tarixi abidələrlə, muzeylərlə, turizm obyektləri ilə yaxından tanış olmaq imkanı yaradır. Əminəm ki, bu səyahətdən zəngin təəssüratlarla qayıdacağıq.

Tur-aksiyanın digər iştirakçısı, 178 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Elcan Aşurov deyib: "Mən bu tur-aksiyada ilk dəfədir ki, iştirak edirəm. Bu layihədə iştirak etmək arzum reallaşdığına görə çox sevinirəm. Bu tur-aksiya ölkəmizi daha yaxından tanımaq baxımından bizim üçün çox əhəmiyyətlidir. Buna görə dövlətimizin başçısına minnətdarıq. Tur-aksiya gənclərin gələcəyi üçün çox uğurlu layihədir. Çünki bu, bizə Vətənimizi daha çox sevməyi öyrədir. Vətəni sevmək üçün isə onu görmək və yaxından tanımaq başlıca şərtdir”.

Sonra məktəblilər qeyd edilən marşrut üzrə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video