18 Noyabr 2018 15:23
330
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşmasında mühüm rol oynayır


İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də "Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Qubaya yola düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq beşinci ildir keçirilən bu layihə nəinki məktəblilər, ümumən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır. Tur-aksiya iştirakçıları səhər saatlarında yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin İsmayıllının mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzinə gələn məktəblilərə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və başqaları məktəblilərə uğurlu yol arzulayıb, maarifləndirici tur-aksiyanın yeniyetmələrin ölkəmizi daha yaxından tanımalarında xüsusi əhəmiyyətini qeyd edib. Həmçinin bildirilib ki, "Ölkəmizi tanıyaq” layihəsi gənclərin dünya görüşünün formalaşmasında da mühüm rol oynayır.

Təşkil edilən konsert proqramı böyük maraqla qarşılanıb. Xalq mahnıları, milli rəqslər iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Qeyd edək ki, 18-21 noyabr tarixlərini əhatə edəcək tur-aksiyanın növbəti mərhələsində İsmayıllı məktəbliləri Quba, Qusar və Xaçmaz rayonları ilə tanış olacaqlar. Səfər çərçivəsində məktəblilər Azərbaycanın şimal bölgəsini gəzəcək, bu rayonların tarixi maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə olunan nailiyyətlər barədə ətraflı bilgilər alacaq, şən və mənalı istirahət edəcəklər.

X X X

Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanımızın tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində mühüm rol oynayan və artıq ənənə halını alan "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları davam edir.

Noyabrın 18-də Ağdaşda "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrupun Qəbələyə yolasalma mərasimi təşkil olunub.

Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısına gəlib, burada Ulu Öndərin abidəsi önünə çiçəklər qoyublar. Sonra Heydər Əliyev Mərkəzində onlara Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Mərasimdə çıxış edənlər məktəblilərə uğurlu yol arzulayıb, səfər edəcəkləri Qəbələ, Şəki və Zaqatala bölgələrinin tarixi, ictimai-mədəni, sosial-iqtisadi həyatı, özünəməxsus adət-ənənələri barədə zəngin bilgilər almağı, bu yerlərlə daha yaxından tanış olmağı tövsiyə ediblər.

Sonra musiqi sədaları altında məktəblilər onlar üçün ayrılan xüsusi avtobusla Qəbələyə yola salınıblar.

X X X

Qobustan rayonunun 30 ümumtəhsil məktəbinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də səhər "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Quba rayonuna yola düşüb.

Tur-aksiya iştirakçıları yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edənlər Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın şagirdlərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bu səfər şagirdlərə Azərbaycanın şimal bölgəsi olan Quba, Qusar və Xaçmaz rayonlarının zəngin tarixi, bu günü, dinamik inkişafı barədə hərtərəfli bilgilər əldə etməyə imkan verəcək.

Çıxış edən məktəblilər onlar üçün yaradılan bu imkana görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Məktəbliləri müşayiət edən Elvin Bəhramov AZƏRTAC-ın müxbirinə deyib: "Tur-aksiya çərçivəsində şagirdlər nəinki səfər edəcəkləri rayonlar barədə ətraflı məlumatlandırılacaq, habelə onların gözəl istirahəti üçün də hər cür şərait nəzərdə tutulub. Əminəm ki, məktəblilər geriyə zəngin təəssüratlarla qayıdacaqlar”.

Sonda məktəblilər musiqi sədaları altında yola salınıblar.

X X X

Prezident İlham Əliyevin təşəbbüsü ilə "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də Şamaxının orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup respublikamızın şimal bölgəsinə yola salınıb.

Məktəblilər əvvəlcə Şamaxının mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüblər.

Yolasalma mərasimində çıxış edənlər şagirdlərə uğurlu yol, şən istirahət arzulayıblar. Bildirilib ki, tur-aksiya çərçivəsində yeniyetmələr ölkəmizin şimal bölgələri olan Quba, Qusar və Xaçmaz rayonlarının müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, habelə ümummilli lider Heydər Əliyevin qrup-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə tanış olacaqlar. Onlarda respublikamızın dinamik iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə əyani təsəvvür yaranacaq.

Sonra məktəblilər avtobusa əyləşərək Qubaya yola düşüblər.

X X X

Göyçay rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də səhər Qubaya yollanıblar.

Tur-aksiya iştirakçıları səhər saatlarında yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova yolasalma mərasimində çıxış edərək məktəblilərə uğurlu yol, gözəl istirahət arzulayıb. Qeyd edib ki, "Ölkəmizi tanıyaq” tur-aksiyası yeniyetmələrin Azərbaycanı daha yaxından tanımalarında, onların vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət daşıyır.

Tur-aksiya Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edəcək. Səfər zamanı məktəblilər doğma vətənlərinin bu dilbər guşəsini gəzəcək, rayonların tarixi, maddi-mədəniyyət abidələri, müstəqillik illərində əldə edilən nailiyyətlər barədə hərtərəfli bilgilər alacaqlar.

Çıxış edən məktəblilər onlar üçün yaradılan bu şəraitə, göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra məktəblilər musiqi sədaları altında yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video