18 Noyabr 2018 15:12
402
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq”: Yevlax məktəbliləri şimal bölgəsi ilə yaxından tanış olacaqlar


Yevlax rayonunun məktəbliləri "Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edəcək məktəblilərlə, həmçinin valideynlərlə keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov layihənin əhəmiyyətini qeyd edərək, şagirdlərə səfərlərinin maraqlı olacağını, tur-aksiyadan çox şey öyrənəcəklərini deyib. Bildirilib ki, Quba, Qusar və Xaçmaz rayonlarında son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm gözəl təbiəti, həm də tarixi məkanları ilə tanınır. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayırlar.

Diqqətə çatdırılıb ki, respublikamızın şimal bölgəsi ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. Yevlax rayonunun məktəbliləri 4 gün ərzində Quba rayonunda Cümə məscidi, Qırmızı qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, "Azərxalça” ASC-nin Quba filialı, "ABAD Factory” İstehsalat Kompleksi, Tağlı körpü ilə tanış olacaq, Qusar rayonunun Həzrə kəndindəki "Şeyx Cüneyd” türbəsinə və "Şahdağ” Turizm Mərkəzinə, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Dövlət Rəsm Qalereyası, "Şəxsiyyətlər Muzeyi", Çənlibel parkına və "Şabran Şəhəri” Tarix Qoruğuna ekskursiya edəcəklər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotolarla, tarixi sənədlərlə tanış olub, dahi rəhbərin adını daşıyan xiyabanda həmişəyaşıl ağaclar əkiblər.

Şagirdlər Ümummilli Liderin abidəsini ziyarət etdikdən sonra şimal bölgəsinə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video