18 Noyabr 2018 14:21
223
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Suraxanı məktəblilərinin yola salınması mərasimi olub


"Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsində noyabrın 18-də Suraxanı rayon məktəblilərinin Lənkəran-Masallı-Lerik istiqaməti üzrə yola salınması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə məktəblilər Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.

Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, tur-aksiyanın əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. "Səfər zamanı yolboyu görəcəyiniz yerlərdə, olacağınız rayonlarda ölkəmizdə gedən inkişafı, aparılan abadlıq-quruculuq işlərini, doğma Vətənimizin gündən-günə gözəlləşməsini öz gözlərinizlə görəcəksiniz. Lənkəran-Masallı-Lerik istiqaməti üzrə səfər edəcək məktəblilərimizə bildirmək istəyirəm ki, bu bölgə sitrus bağları, çay plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Əminəm ki, Lənkəranda "Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları, Astarada şəhər bulvarı, "Yanar bulaq” və "Astaraçay” çay fabriki, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, "ASAN həyat” kompleksi, Viləşçay su anbarına ekskursiya şagirdlərimizin yaddaşında silinməz iz qoyacaq”, - deyə o bildirib.

Qeyd edilib ki, dövlət səviyyəsində həyata keçirilən bu işlərə Heydər Əliyev Fondu da güclü dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı şəkildə öz töhfəsini verir.

Yolasalma mərasimində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 2017-ci ildə Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyanın iştirakçısı olmuş Zeynəb Vəliyeva, həmin il Naxçıvan Muxtar Respublikası istiqamətində tur-aksiyada iştirak etmiş Dünya Ramazanova, valideynlərdən Leyla Ramazanova, bu tur-aksiyanın iştirakçısı Ayşən Məmmədova çıxış edib və şagirdlər üçün yaradılan belə bir şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam edib.

Tur-aksiyanın iştirakçıları Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi ilə tanış olub, "Ölkəmizi tanıyaq” layihəsi haqqında film izləyiblər.

Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Lənkəran-Masallı-Lerik marşrutu istiqamətində yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video