18 Noyabr 2018 14:20
431
CƏMİYYƏT
A- A+

Tur-aksiyaya qoşulanlar arasında Şəki, Oğuz və Qəbələ rayonlarının məktəbliləri də var


"Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki, Oğuz və Qəbələ rayonlarının məktəblilərindən ibarət qruplar noyabrın 18-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə respublikamızın şimal bölgəsinə yola düşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən Şəki məktəbliləri ilə bir gün əvvəl şəhər icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov ənənəvi olaraq hər il təşkil edilən "Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu tur-aksiya məktəblilərə ölkəmizin müxtəlif bölgələrinin tarixi məkanları və iqtisadiyyatı ilə yaxından tanış olmaq imkanı yaradır. Belə layihələr yeniyetmə və gənclərin dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynayır.

Məktəblilərin diqqətinə çatdırılıb ki, onları şimal bölgəsində maraqlı ekskursiyalar gözləyir. Son illər respublikamızın digər regionları kimi, Quba, Qusar, Xaçmaz rayonlarında da müasir turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonundakı "Şahdağ” Turizm Mərkəzinə gələnlərin sayı ilbəil artır. Dörd gün davam edəcək tur-aksiya zamanı məktəblilər "Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, rayonun Həzrə kəndindəki "Şeyx Cüneyd” türbəsi və muzeylərlə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Aksiya iştirakçıları, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar.

Şəki məktəblilərini yola salmaq üçün şəhər icra hakimiyyətinin binası qarşısına toplaşan icra hakimiyyətinin məsul işçiləri, müəllim və valideynlər gənclərə tövsiyələrini verib, onlara mənalı istirahət arzulayıblar.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyaya yola düşüblər.

X X X

"Ölkəmizi tanıyaq” tur-aksiyasına Oğuz məktəbliləri də böyük həvəslə qoşulublar. Noyabrın 18-də rayonun fəal məktəblilərindən ibarət qrup səhər saatlarında respublikamızın şimal bölgəsinə yola salınıb.

Rayon icra hakimiyyətində keçirilən yolasalma mərasimində çıxış edən icra hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski tur-aksiyanın önəmindən danışıb. Bildirib ki, məktəblilər dörd gün ərzində Quba, Qusar və Xaçmaz rayonlarının tarixi məkanları, muzeyləri ilə yaxından tanış olacaq, görməli yerləri gəzəcəklər. Bundan əlavə, tur-aksiya iştirakçılarının asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün müxtəlif intellektual oyunların, bilik yarışlarının, əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Yusif Naxçıvanski Oğuz məktəblilərinə bu yarışlarda fəal iştirak etməyi, rayonun adını daha da yüksəltməyi tövsiyə edib.

Rayon rəhbərliyinin və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşüblər.

X X X

Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində məktəblilərin respublikamızın müxtəlif bölgələrinə, tarixi məkanlara ekskursiyaları uğurla davam edir.

Qəbələ rayonunun məktəbliləri də tur-aksiyanın iştirakçıları arasındadırlar. Rayonun fəal məktəblilərindən ibarət qrup noyabrın 18-də Quba-Qusar-Xaçmaz marşrutu üzrə respublikamızın şimal bölgəsinə yola salınıblar.

Tur-aksiyada iştirak edən Qəbələ məktəbliləri ilə rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, artıq ənənə halını alan bu layihənin əsas məqsədi məktəbliləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda əldə edilən sosial-iqtisadi inkişaf, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Səbuhi Abdullayev bildirib ki, məktəblilərə səfər edəcəkləri Quba, Qusar və Xaçmaz rayonlarında aparılan genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və təbliği istiqamətində həyata keçirilən önəmli layihələr barədə geniş məlumat veriləcək, onlar Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanlarını gəzəcəklər. Tur-aksiya zamanı məktəblilər bölgənin görməli yerləri, adət-ənənələri, ləziz mətbəxi, təbiət gözəllikləri, qonaqpərvərliyi ilə daha yaxından tanış olmaq imkanı qazanacaqlar.

Tur-aksiya iştirakçılarının yola salınması münasibətilə rayon Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək, "Ölkəmizi tanıyaq” layihəsinin gənclərin vətənpərvərlik, tarixi-mədəni irsə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasətinin başlıca məqsədlərindən biri yetişməkdə olan gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar məhz bu amala xidmət edir.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin xeyir-duasından sonra məktəblilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqamətində yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video