18 Noyabr 2018 14:15
354
CƏMİYYƏT
A- A+

Salyan, Şirvan, Neftçala və İmişli məktəbliləri maarifləndirici tur-aksiyaya qoşulublar



"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti maarifləndirici tur-aksiyanın Salyan rayonundan olan iştirakçıları noyabrın 18-də Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola çıxıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə rayonun rəhbər işçilərinin, müəllimlərin, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərdəki Heydər Əliyev parkında yolasalma mərasimi keçirilib.

Tur-aksiya iştirakçıları parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Novruz Kazımov bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Salyan rayon ümumtəhsil məktəblərinin IX–XI sinif şagirdləri Gəncə şəhərinə yollanılar. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar.

Mərasim başa çatdıqdan sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış avtobusla Gəncə şəhərinə yollanıblar.

X X X

Noyabrın 18-də səhər saatlarında Şirvan Şəhər İcra Hakimiyyəti qarşısındakı meydanda şəhər rəhbərliyi və təhsil şöbəsinin məsul işçiləri, valideynlər "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl marşrutunun iştirakçıları olan şirvanlı şagirdləri qərb bölgəsinə yola salıblar.

Əvvəlcə tur-aksiya iştirakçıları ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi önünə gül dəstələri qoyub, xatirə şəkli çəkdiriblər. Sonra rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxış olub, mahnı və şeirlər səsləndirilib.

Qrup rəhbəri, şəhər təhsil şöbəsinin işçisi Elçin Həsənov deyib: "Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçıları - Şirvan şəhər ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl rayonlarının sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar. Səfər proqramı olduqca zəngindir. İnanıram ki, məktəblilərimiz ölkənin qərb bölgəsinə ekskursiyadan xoş təəssüratlarla qayıdacaqlar”.

Tur-aksiyada iştirak edən şəhər 9 nömrəli tam orta məktəbin X sinif şagirdi Xatun Aslanova sevinc hissini belə ifadə edib: "Çox sevinirəm. İlk dəfədir ki, tur-aksiyada iştirak edirəm. Qərb bölgəsini görmək çoxdankı arzum idi. Artıq bu arzum reallığa çevrilib. Bizə bu imkanı Prezident İlham Əliyev yaradıb. Buna görə dövlətimizin başçısına minnətdaram”.

Sonra tur-aksiyada iştirak edən məktəblilər Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola düşüblər.

X X X

Noyabrın 18-də səhər saatlarında Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında da böyük izdiham vardı. Rayonun rəhbər işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri "Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyanın Neftçaladan olan iştirakçılarını Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yola salmaq üçün buraya toplaşmışdılar.

Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra məktəblilər şəhərin Heydər Əliyev prospekti boyunca ağac və gül kolları əkiblər.

Qrupu müşayiət edən rayon icra hakimiyyətinin əməkdaşı Fərid Əhmədov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə onuncu dəfə keçirilən maarifləndirici tur-aksiyanın neftçalalı iştirakçıları dörd gün ərzində Gəncə şəhərinin, Göygöl və Şəmkir rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı, görməli yerləri ilə yaxından tanış olacaqlar. Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Tur-aksiyanın iştirakçıları - şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdləri Firuzə Mehdiyeva, Seymur Hətəmov və başqaları layihənin təşkilindən razılıqlarını bildirərək, diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.

Sonra məktəbliləri daşıyan avtobus Gəncə-Göygöl-Şəmkir marşrutu istiqamətində yola düşüb.

X X X

"Ölkəmizi tanıyaq” layihəsinə qoşulan məktəblilər arasında İmişlidən olan şagirdlər də var. Rayon icra hakimiyyətinin əməkdaşları, Təhsil Şöbəsinin işçiləri, valideynlər onları yol salmaq üçün noyabrın 18-də sübh tezdən Heydər Əliyev parkına toplaşmışdılar.

Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra aksiya iştirakçıları şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Qrup rəhbəri, rayon icra hakimiyyətinin əməkdaşı Namiq Ağacanov səfər proqramı barədə məlumat verərək deyib: "Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən maarifləndirici tur-aksiya çərçivəsində İmişlinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri dörd gün ərzində Gəncə-Şəmkir-Göygöl rayonlarının tarixi abidələri, sosial-iqtisadi inkişafı və əsrarəngiz təbiəti ilə yaxından tanış olacaqlar. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərdə vətənpərvərlik hissinin formalaşmasında əvəzsiz rol oynayır. Dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə həssaslıqla yanaşdığı kimi, məktəblilərin dünyagörüşünün formalaşmasının, onların asudə vaxtlarının səmərəli keçməsinin qayğısına da qalır. Şagirdlərimizə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarıq”.

Tur-aksiyanın iştirakçısı, İmişli şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zəhra Əlizadə ekskursiyadan zəngin təəssüratla qayıdacaqlarına əmin olduğunu bildirib.

Sonda şagirdlər xüsusi avtobusla Gəncə-Şəmkir-Göygöl marşrutu istiqamətində yola çıxıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video