18 Noyabr 2018 14:07
316
CƏMİYYƏT
A- A+

“Ölkəmizi tanıyaq” tur-aksiyasının növbəti mərhələsinə Xəzər rayon məktəbliləri də qoşulublar


"Ölkəmizi tanıyaq” devizi altında keçirilən növbəti tur-aksiyaya Lənkəran-Masallı-Astara bölgəsinə səyahət edən Xəzər rayon məktəbliləri də qoşulublar.

AZƏRTAC xəbər verir ki, məktəblilərin yola salınması mərasimində çıxış edənlər tur-aksiyanın maarifləndirici əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, şagirdlər tur-aksiyada vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin rayonları, Azərbaycanın qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış olacaqlar. Vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən "Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik ruhunda böyümələrinə, dünyagörüşlərinin artmasına xidmət edir.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Qrup rəhbəri, Xəzər rayonu 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva deyib: "Tur-aksiyaya Xəzər rayonundan 40-a yaxın şagird qoşulub. Mən artıq üçüncü dəfədir ki, qrup rəhbəri kimi bu tur-aksiyada iştirak edirəm. Gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, həmçinin şagirdlərin dünyagörüşünün yüksəlməsində mühüm əhəmiyyət kəsb edən maarifləndirici tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

149 nömrəli tam orta məktəbin şagirdi Zaur Əliyev deyib: "Lənkəran şəhərinin təbiəti, muzeyləri, tarixi yerləri ilə tanış olacağıq. Lənkəranı görməyi hər zaman arzulayırdım və bu arzuma çatacağam. Ölkəmizin qədim tarixinin və zəngin mədəniyyətinin olmasından qürur hissi keçirirəm. Bu diyardan olduqca xoş təəssüratlarla ayrılacağıma ümidvaram”.

125 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Fatimə Orucova bildirib: "Biz Bakıdan Lənkərana çox xoş təəssüratlarla gedirik. Bu diyarın tarixi, mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacağıq. Bu tur-aksiyanın keçirilməsi bizim Vətənimiz haqqında ətraflı məlumat əldə etməyimizdə mühüm rol oynayır”.

Sonra şagirdlər Lənkəran-Masallı-Astara bölgəsinə yola düşüblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video