18 Noyabr 2018 13:58
577
İDMAN
A- A+

Azərbaycanın paracüdo üzrə millisi dünya çempionatının fərdi yarışlarında altı medal qazanıb


Portuqaliyada Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) təşkilatçılığı ilə paracüdoçular arasında dünya çempionatı keçirilir.

Azərbaycan Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, çempionatın ikinci günündə cüdoçularımız iki medala sahib olublar. Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan Hüseyn Rəhimli gümüş, digər paralimpiyaçımız İlham Zəkiyev (100 kq-dan yuxarı) isə bürünc medal qazanıb.

Noyabrın 17-də kişılər arasında yarışda mübarizə aparan Azərbaycan idmançısı Hüseyn Rəhimli (81 kq) Fransadan, Yaponiyadan və İrandan olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə idmançımiz ukraynalı rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb. H.Rəhimli həlledici görüşdə Koreya təmsilçisinə uduzaraq dünya çempionatının gümüş medalına yiyələnib.

Tatami üzərinə çıxan digər paralimpiyaçımız İlham Zəkiyev (100 kq-dan yuxarı) əlcəzairli rəqibini, daha sonra Türkiyə idmançısını ipponla məğlub edərək yarımfinala yüksəlib. İkiqat paralimpiya çempionumuz yarımfinalda koreyalı rəqibinə uduzaraq üçüncü yer uğrunda mübarizə aparıb. İ.Zəkiyev braziliyalı rəqibini ipponla məğlub edərək dünya çempionatında bürünc medalla kifayətlənib.

Xatırladaq ki, paracüdoçularımız dünya çempionatının ilk günündə noyabrın 16-da dörd medala sahib olmuşdu.

Beləliklə, çempionatın iki gününün reytinq cədvəlində Azərbaycan milli komandası yarışda iştirak edən 42 komanda arasında üçüncü yerdədir.

Fərdi yarışlarda millimiz ümumi nəticədə çempionatda bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb.

Qeyd edək ki, mundialda 43 ölkədən 268 idmançı mübarizə aparır.

Noyabrın 18-də çempionatda komanda yarışlarına start veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video