Ölkəmiz neft statusunu dəyişir
Ümumilikdə qeyri-neft sektoru və qeyri-neft sənayesinin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlar, bu sahəyə verilən dövlət dəstəyi öz nəticəsini verir.
Son statistikaya nəzər salaq: Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artıb. Eyni zamanda, sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faizə çatıb.
Sözsüz ki, qeyri-neft sənayesinin inkişafı üçün bu sahəyə yönəldilən kapital qoyuluşu vacib şərtdir. Azərbaycanda aparılan uğurlu siyasət sayəsində sənayenin bu sektoruna xarici və yerli mənbələrdən böyük məbləğdə sərmayə qoyulur. Bunun nəticəsidir ki, hər il ölkənin iri şəhərləri ilə yanaşı, regionlarda da daha çox kiçik, orta və iri qeyri-neft sənaye müəssisələri fəaliyyətə başlayır. Bunun sayəsində nəinki əvvəllər idxal etdiyimiz bir sıra məhsulların idxalı azalır, hətta ixracımız artır.
Prezident İlham Əliyev qeyri-neft sənayesinə kapital qoyuluşunun əhəmiyyətini qeyd edərək demişdir: "Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə, son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bu ciddi islahatların aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq”.
Həyata keçirilən sənayeləşmə siyasətində texnoparkların xüsusi yeri var. Texnoparklarda yüksək texnika və texnologiyalar tətbiq edilir, burada fəaliyyət göstərən müəssisələrdə dünya bazarına çıxarılacaq keyfiyyətdə məhsullar istehsal olunur. Texnoparklar ayrıca bir sahə üzrə ixtisaslaşa da bilər. Məsələn, Sumqayıt Kimya Texnologiya Parkı kimi. Adından da məlumdur ki, burada əsasən kimya sənayesi üzrə müəssisələr fəaliyyət göstərir.
Bu gün Azərbaycanda sənaye parkları paytaxt və iri şəhərlərlə bərabər, regionlarda da yaradılır. Bölgələrdə belə parkların yaradılması yerli xammalla bağlı olduğu üçün digər sahələrin inkişafına da təkan verir. Məsələn, Mingəçevir Sənaye Parkında fəaliyyət göstərən 2 iri iplik fabrikində xammal kimi pambıqdan istifadə edilir. Həmin müəssisələr pambığı qonşu pambıqçılıq rayonlarından alır. Deməli, bu qarşılıqlı istehsal əməkdaşlığı həm istehsalçılar, həm də emalçılar üçün əlverişlidir.
Regionların inkişafında sənaye məhəllələri də xüsusi rol oynayır. Sənaye məhəllələrində də xammal kimi yerli xammaldan istifadə olunur. Bu həm bölgələrdə məhsul istehsalını stimullaşdırır, həm də regionda yaşayan əhalinin məşğulluq problemini həll edir. Hazırda Neftçala və Masallı sənaye məhəllələri uğurla işləyir. Neftçala Sənaye Məhəlləsində hətta ildə 10 min avtomobil istehsal gücünə malik zavod da fəaliyyət göstərir.
Azərbaycan bu gün formalaşmış, sabit alıcısı və satıcısı olan dünya bazarına daxil olur. Buna görə də biz ilk növbədə, məhsullarımızın üstünlüyünü dünya bazarındakı müştərilərə sübut etməliyik ki, onları alsınlar. Məlum olduğu kimi, yerli məhsulların xarici ölkələrdə təşviqi məsələləri İqtisadiyyat Nazirliyinin dəstəyi və AzPROMO-nun təşkilatçılığı ilə həyata keçirilir. "Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları dünya bazarına çıxarmaq üçün indiyədək 12 ölkəyə 17 ixrac missiyası həyata keçirilib. Bununla yanaşı, Azərbaycan şirkətləri 6 ölkədə keçirilən 14 beynəlxalq sərgidə "Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdirib. Bütün bunlar dünya bazarında məhsullarımızın tanınmasına və ixracına hesablanıb.
Baxmayaraq ki, əldə edilən nəticələr uğurludur, görüləcək işlər də çoxdur. Yeri gəlmişkən, son statistikaya görə, cari ilin 9 ayında qeyri-neft sektoru üzrə ixracın məbləği 1 milyard 207 milyon dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 138 milyon dollar və ya 13 faiz çoxdur. Bu isə o deməkdir ki, ölkəmizdə istehsal edilən məhsullara xaricdə tələbat ildən-ilə artır. Bunu "Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 15 faiz artması da sübut edir. Həmin müddətdə quruma 43 milyon dollar dəyərində ixrac sifarişi daxil olub. Ümumilikdə isə cari ilin 9 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon dollara çatıb. Bu dövr ərzində xaricdən daxil olan sifarişlərin coğrafiyası da genişlənərək 106 ölkəni əhatə edib.
Rüstəm KAMAL,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!