17 Noyabr 2018 23:59
577
İDMAN
A- A+

Futbol üzrə Azərbaycan yığması Farer Adaları komandasının qapısından iki cavabsız top keçirib


624 ötürmə, 2 qol və 3 xal

Noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib - 1:0. Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub - 2:0. Qarşılaşmanın ilk hissəsi bu hesabla başa çatıb.
Fasilədən sonra millimiz üstün oyun nümayiş etdirməsinə baxmayaraq, hesab dəyişilməyib.
Beləliklə, Azərbaycan milli komandası UEFA Millətlər Liqasında doğma meydanda ilk, turnirdə isə ikinci qələbəsini qazanıb. Oyun ərzində üstün oyun nümayiş etdirən Azərbaycan milli komandası qarşılaşma boyu 624 ötürmə verib, rəqib isə 325 ötürmə ilə kifayətlənib.
Qrupun paralel keçən digər oyununda Kosovo seçməsi səfərdə Malta yığmasını 0:5 hesabı ilə məğlub edib.
Qeyd edək ki, beş turdan sonra Qurban Qurbanovun yetirmələri 9 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 11 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video