17 Noyabr 2018 21:09
242
CƏMİYYƏT
A- A+

Bu il özünüməşğulluq proqramına 158 şəhid ailəsi cəlb olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri Şəmkir rayonunda vətəndaş qəbulu çərçivəsində bu rayonda yaşayan, özünüməşğulluq proqramına cəlb olunmuş şəhid ailələri ilə görüşüblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, rayonun Qaracəmirli və Tatarlı kəndlərindəki şəhid ailələri ilə görüşdə Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanının əhəmiyyəti xüsusi vurğulanıb. Nazirlik rəsmiləri Fərmana əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin həyata keçirildiyini, bu prosesin ardıcıl davam edəcəyini bildiriblər.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan bəhs olunub. Bildirilib ki, şəhid ailələrinin özünüməşğulluq proqramına cəlb olunması istiqamətində də müvafiq işlər görülür. Cari ildə 158 şəhid ailəsi bu proqramda iştirak edir.

Şəhid ailəsi üzvləri sosial təminatlarının daim gücləndirilməsinin, həm də kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramı ilə əhatə olunmalarının onların rifahına, yaşayış şəraitlərinin yaxşılaşdırılmasına mühüm bir dəstək olduğunu vurğulayıblar. Onlar göstərilən bu böyük qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video