17 Noyabr 2018 18:52
274
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır


Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni əməllərin tərkib elementlərindən biri də həmin ərazilərdə yaradılan qondarma rejimin nümayəndələri kimi özünü təqdim edən şəxslərin bir sıra ölkələrə, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrə səfər etmələridir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Fransa həmsədr ölkələrdən biridir, vasitəçilik institutunun mahiyyəti onu tələb edir ki, vasitəçi ölkə tarazlı münasibət göstərməlidir və bu kimi qərəzli addımların atılmasına imkan verməməlidir. Fransanın bəzi şəhərlərinin Azərbaycanın işğal olunmuş şəhərləri ilə "qardaşlaşma”sı, özünü qondarma rejimin rəhbəri kimi təqdim edən şəxsin Fransaya səfəri kimi hallar baş verir ki, bunlar Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır, bunun qarşısı alınmalıdır. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirildiyi kimi, Azərbaycanın diplomatik nümayəndəlikləri bu xüsusda Fransa tərəfinə ölkəmizin ciddi etirazını çatdıracaqlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması da məsələyə münasibətini bildirib, əgər Bako Saakyan kimi bir şəxs Fransanın ərazisinə gedirsə, onda icmalara münasibətdə bərabərhüquqlu münasibət də təmin olunmalıdır. Hər iki icma bərabərhüquqludur. Əgər hər hansı icmaya xüsusi münasibət göstərilirsə və digərinin hüququna biganəlik nümayiş etdirilirsə bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Fransa və digər dövlətlər münaqişənin həlli prosesinə töhfə vermək istəyirlərsə, ilk növbədə, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları təmin olunmalıdır. Bu proses çərçivəsində isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoq təşviq edilməli və dəstəklənməlidir. Ona görə də həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin bu istiqamətdə fəaliyyət göstərməsi faydalı olardı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video