17 Noyabr 2018 14:26
711
Elm və texnika
A- A+

“Science News”: Azərbaycanda tapılan tunc dövrünə aid qədim oyunun qayaüstü rəsmləri amerikan alimlərini heyrətləndirib


Nüfuzlu elm portalı "Science News” noyabrın 16-da "Azərbaycanda tunc dövrünə aid qədim oyunun qayaüstü rəsmləri tapılıb” sərlövhəli məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, Bryus Bauerin müəllifi olduğu məqalədə arxeoloqların 4 min il tarixi olan tunc dövrünə aid qədim "58 xana” oyununun Azərbaycanda aşkar olunmuş qayaüstü rəsmlərinin amerikan alimlərini heyrətləndirdiyi bildirilir. Bu qədim oyun tunc dövründə Mesopotamiya, Misir və Yaxın Şərqin digər ölkələrində geniş yayılıb və bu ərazilərin xalqları tərəfindən "İtlər və çaqqallar” da adlandırılıb.

Məqalədə qeyd olunur ki, Nyu-York şəhərində yerləşən Amerikan Təbiət Tarixi Muzeyinin arxeoloqu Volter Krist noyabrın 15-də Amerikan Şərq Araşdırmaları Məktəbinin illik görüşündə alimlərin təqdim etdikləri bu rəsmləri unikal tapıntı adlandırıb. "Azərbaycan Yaxın Şərq regionundan 1000–2000 kilometrədək məsafədə yerləşir, lakin tunc dövrünə aid bu oyunun Qafqaz dağlarının və Xəzər dənizinin arasında yerləşən xalqlaradək gəlib çıxdığı məlum olur”, - deyə arxeoloq vurğulayıb.

"Azerbaijan International” jurnalında "58 xana” oyununun qaya üzərində oyulmuş rəsmlərini görən arxeoloq 2018-ci ilin aprelində Azərbaycana səyahət edib və burada çəkdiyi tapıntının fotoşəkilləri və videomaterialını Nyu-Yorkdakı həmkarlarına təqdim edib.

Məqalədə "58 xana”nın müasir nərd oyununa bənzədiyi də qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video