16 Noyabr 2018 22:04
212
CƏMİYYƏT
A- A+

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində “açıq qapı” günü keçirilib


Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlər çərçivəsində noyabrın 16-da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyətinə, müasir texniki imkanlarının təqdimatına həsr olunmuş "açıq qapı” günü keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Vəkillər Kollegiyasının, vətəndaş cəmiyyətinin nümayəndələri, o cümlədən ədliyyə naziri yanında İctimai Komitənin üzvləri iştirak ediblər.

Bildirilib ki, bir əsrlik tarixi olan Azərbaycan ədliyyəsinin ənənəvi sahələrindən biri də məhkəmə ekspertizası fəaliyyətidir. Hazırda Mərkəzdə 20 növ, 41 ixtisas üzrə məhkəmə ekspertizası həyata keçirilir.

Müasir texnologiyaların tətbiqi ekspertiza tədqiqatlarının dairəsini genişləndirərək, onların operativ, dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin edir, bununla da cinayətkarlıqla mübarizə işinə dəyərli töhfə verilir. Həmçinin bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, tədqiqat metodikalarının standartlaşdırılması, ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzinin 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (ENFSI) üzvlüyünə qəbul edilməsi, Mərkəzdə aparılan 4 ekspertiza növünün (6 ekspert ixtisası və 16 tədqiqat metodu) beynəlxalq standart üzrə akkreditasiyadan keçirilərək müvafiq sertifikata layiq bilinməsi maraqla qarşılanıb.

Tədbirdə ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə Mərkəzin regional bölmələrinin fəaliyyəti, ekspert kadrların açıq müsabiqə əsasında işə qəbulu prosesi barədə məlumat verilib, ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması və məhkəmə ekspertizası fəaliyyəti barədə cəmiyyətin daha dolğun məlumatlandırılması məqsədilə mərkəzin www.expert.gov.az rəsmi internet səhifəsinin interaktiv rejimdə fəaliyyəti qeyd edilib, o cümlədən "İNAM” bölməsi vasitəsilə vətəndaşlar arasında mütəmadi xüsusi sorğuların keçirilməsi bildirilib.

Sonda vətəndaş cəmiyyətinin nümayəndələri Mərkəzin fəaliyyəti, müasir kriminalistik avadanlıqlar və laboratoriyalarla tanış olub, bu sahədə innovativ texnologiyaların tətbiqini məmnunluqla qarşılayıb, ədliyyə orqanlarının fəaliyyətində açıq hökumət prinsiplərinin və şəffaflığın təşviqinə, ictimai iştirakçılığa hər zaman böyük önəm verildiyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video