16 Noyabr 2018 21:45
573
Mədəniyyət
A- A+

Ömər Xəyyamın 970 illiyinə həsr olunmuş beynəlxalq konfrans başa çatıb


Noyabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük mütəfəkkir şair Ömər Xəyyamın anadan olmasının 970 illiyinə həsr edilmiş ikigünlük "Xalqları qovuşduran Xəyyam sözü” adlı beynəlxalq elmi konfransa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə çıxış edən muzeyin direktoru, akademik Rafael Hüseynov Ömər Xəyyamın ədəbi irsinin təkcə İranın, Yaxın və Orta Şərqin deyil, XIX əsrdən bu günədək dünyanın bir çox dillərinə tərcümə edildiyini bildirib.

Akademik vurğulayıb ki, konfransın gedişi, buradakı maraqlı çıxışlar Ömər Xəyyamın öz əsərləri ilə xalqları qovuşduran, insanları biri-birinə yaxınlaşdıran mənəvi körpü ucaltmış olduğunu bir daha təsdiq edib. Belə ki, Xəyyam sözünün işığına toplaşan Azərbaycanla yanaşı, İrandan, Qazaxıstandan və başqa ölkələrdən qatılan alimlər, tədqiqatçılar onun əsərlərini müxtəlif aspektlərdə təhlil edib, maraqlı mülahizələr söyləyiblər.

Muzeyin direktoru, akademik Rafael Hüseynov diqqətə çatdırıb ki, dünya şairi adını qazanan Xəyyamın bir neçə il əvvəl iş adamı Əli Poladın təşəbbüsü ilə rübailəri toplanaraq ilk dəfə Tehran və Təbrizdə nəfis kitab halında çap olunub. Sonra kitab türk, Azərbaycan və müxtəlif dillərə tərcümə edilib. Lakin ötən zaman müddətində əldə etdiyimiz yeni materiallar əsasında biz kitabı daha mükəmməl şəkildə nəşrə hazırlamaq qərarına gəldik. Qazaxıstanlı qonağımız konfransda bildirdi ki, ötən əsrdə böyük qazax şairi Aybək də Xəyyamı qazax dilinə çevirərək çap etdirib. Həmin materialları da biz əldə edəcək və başqa dillərdə də tərcümələri toplayıb sanballı kitab halında yenidən nəşr etdirəcəyik.

Konfransın təşkilat komitəsinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Xəyyam işığına toplaşan alimlərə dəvəti qəbul edib konfransa qatıldıqlarına görə təşəkkürünü bildirib. Qeyd edib ki, on bölmədən ibarət konfransın təşkilat komitəsinə 70-dən çox tezis göndərilib, tədbirdə 50-dən çox məruzə dinlənilib. Məruzələrin əksəriyyətində Ömər Xəyyam yaradıcılığı müxtəlif istiqamətlərdən təhlil edilib, böyük söz ustadının haqqında yeni fikirlər səsləndirilib.

Sonra beynəlxalq konfransın işində fəallıq göstərən alimlərin bir qrupuna təşkilat komitəsi adında təşəkkürnamələr təqdim olunub.

Akademik Rafael Hüseynov beynəlxalq konfransa yekun vuraraq, bir daha Xəyyamın sönməyən işığına toplaşan tədqiqatçı alimlərə minnətdarlıq edib, onlara gələcəkdə səmərəli fəaliyyət arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video