16 Noyabr 2018 17:11
708
Elm və texnika
A- A+

Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi


Noyabrın 16-da AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının Livanda ərəb dilində nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabının bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində "Delta” Dərin Araşdırmalar Mərkəzində nəşr edildiyini bildirib. Qeyd edib ki, bu qiymətli əsər bir çox dillərə, o cümlədən fransız, ingilis, türk, rus dillərinə tərcümə olunub. Kitabı ərəb dilinə əlcəzairli tədqiqatçı, professor Zəim Xənişlavi tərcümə edib. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verib.

Tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, deputat, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış ediblər.

Bildirilib ki, kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

Qədim tarixi dövrlərə, orta əsrlərə, yeni və müasir tarixə aid mənbələrə istinadla yazılmış bu kitabda münaqişənin yaranma səbəbləri öyrənilir, daha sonra Azərbaycan tarixinin çoxəsrlik dövrlərində Dağlıq Qarabağ ərazisinin mülkiyyəti sənədlər əsasında izah olunur. Həmçinin kitabda demoqrafik inkişaf, Dağlıq Qarabağın azad edilməsi üçün silahlı müqavimətin başlanması məsələləri tədqiq edilir, Minsk qrupunun təşkilatçılığı ilə aparılan danışıqlar prosesi, bu vilayətdə mövcud olan vəziyyətə beynəlxalq qurumların münasibəti məsələləri oxucunun diqqətinə çatdırılır.

Kitab oxucuya problemin mahiyyətinə varmağa, münaqişənin səbəb və nəticələrini görməyə imkan verir, müasir tarixşünaslıq və politologiyada "Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsi” adlandırılan problemi obyektivliklə öyrənməyə başlayan hər kəsə kömək edir. Qarabağ vilayətinin tarixinin anlaşıqlı üslubda təqdim olunması oxucuya imkan verir ki, o, tarixi sənədləri çox vaxt xarakterizə edən rəsmi-quru üslubu başa düşmək əziyyətindən xilas olsun. Bu baxımdan belə bir kitabın ərəb dilinə tərcümə edilməsi ərəb oxucusunun problemlə əlaqəli bir çox həqiqəti başa düşmək işini asanlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video