16 Noyabr 2018 17:02
271
SİYASƏT
A- A+

Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb


2002-ci ildə fəaliyyətə başlayan Beynəlxalq Cinayət Məhkəməsi artıq bir sıra ölkələrdə, xüsusilə keçmiş Yuqoslaviya üzrə ayrıca beynəlxalq tribunal yaradıb. Bu təcrübədən yararlanaraq Beynəlxalq Cinayət Məhkəməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunal yaratmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna parlamentində Qlobal Təşəbbüsləri Dəstəkləyən Parlamentarilər Təşkilatının 40-cı illik Forumu və Beynəlxalq Cinayət Məhkəməsi və Qanunun Aliliyinə dair Parlamentarilərin 10-cu Konsultativ Assambleyasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib.

A.Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaranması üçün yetərincə əsaslar var. Belə ki, münaqişə başlayandan bəri Ermənistan azərbaycanlılara qarşı bir sıra beynəlxalq cinayətlər törədib. Xüsusilə, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusilə Baş Prokurorluq kifayət qədər ciddi dəlil və sübutları özündə əks etdirən istintaq materialları hazırlayıb. İnsanlıq əleyhinə cinayət törətmiş 305-dən çox erməninin beynəlxalq tribunallara verilməsi və İnterpol vasitəsilə tutularaq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsinə dair cinayət işi açıb. Onlar həbs edilərək Azərbaycana verilməlidir ki, cəzasızlıq hökm sürməsin və bundan sonra bu cinayətlərə yol açılmasın. Təəssüflər olsun ki, həmin şəxsləri cinayət məsuliyyətinə tam olaraq cəlb edə bilmirik. Ona görə də ayrıca beynəlxalq tribunalın yaradılmasına böyük ehtiyac var. Bu gün ermənilər beynəlxalq cinayətin bütün növünü Azərbaycan ərazisində azərbaycanlılara qarşı törədiblər.

ATƏT PA-nın vitse-prezidenti çıxışında vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsi siyasi mövqe sərgiləməməli və Xocalıda törədilmiş soyqırımı cinayətini törədənlərin cəzalandırılmasında Azərbaycanın təşəbbüsünü dəstəkləməlidir.

Beynəlxalq Cinayət Məhkəməsinin vitse-prezidenti Mark Perrin Biçambaut cavab olaraq bildirib ki, Azərbaycan Beynəlxalq Məhkəmənin üzvü olmasa da, onun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cinayət tribunalının yaradılması təklifinə baxıla bilər. Bunun üçün müvafiq qurumların rəsmi müraciəti lazımdır. Əgər belə bir müraciət daxil olarsa, biz onu dəyərləndirəcəyik.

A.Quliyev AZƏRTAC-a açıqlamasında deyib: "Bu tədbirdə dünyanın 146 ölkəsinin parlamentariləri toplaşıb. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qaldırdığım məsələnin mahiyyətini anlamaq üçün mühüm imkan yarandı”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video