16 Noyabr 2018 11:54
523
Təhsil
A- A+

BANM-də MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir


Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla reallaşdırılır.
BANM-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 120-dən artıq krediti əhatə edən bu proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir. Ali məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan eksklüziv və innovativ proqram hazırlayıblar.
MBA proqramına idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, kapital qoyuluşu və maliyyə strategiyaları, risklərin idarə olunması və sığortalama və s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir. Proqram əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP şirkətinin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın "KT Kinetics Technology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, "Bioropean” MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-in beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə tərəfindən tədris edilir.
"Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır”, – deyə ali məktəbin MBA tələbəsi, "Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video