16 Noyabr 2018 11:15
476
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək


Noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək. Layihə Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının təbliği və iki ölkə arasında mədəni-ədəbi əlaqələrin genişləndirilməsi məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi keçiriləcək. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndiriləcək.

Festival zamanı, həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək. Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunacaq. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirəcək, həmçinin Azərbaycandan olan aktyorların ifasında "Mərhəba” musiqili-poetik tamaşası təqdim ediləcək.

Festival noyabrın 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda Nəsimi irsinə həsr olunmuş konfransla davam edəcək. Tədbirdə "Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, "Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, "Nəsiminin dili – dünən, bu gün, sabah” və digər mövzularda məruzələr ediləcək. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılacaq.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat festivalı təşkil olunub. Layihə çərçivəsində həm şairin doğulduğu Şamaxı şəhərində, həm də Bakıda müxtəlif sənət növləri üzrə sərgilər, musiqi layihələri, tamaşalar, eləcə də mühazirə, simpozium və seminarlar təşkil olunub. Dörd gün davam edən festival Nəsimi yaradıcılığının tərənnümü ilə yanaşı, şeir və sənətin yaşadılması, müxtəlif müstəvilərdə və formatlarda təqdimatlar ilə yadda qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video