Alternative content

07:00 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Büdcə müzakirələrinin ilkin mərhələsi başa çatdı
Büdcə müzakirələrinin ilkin mərhələsi başa çatdı
ANA SƏHİFƏ / PARLAMENT
01:54 16.11.2018


Milli Məclisin noyabrın 15-də keçirilən növbəti plenar iclası "Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il üçün xərclər smetası haqqında” məsələnin müzakirəsi ilə başladı.

Bununla bağlı Milli Məclisin işlər müdiri Firudin Hacıyev məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Respublikasının 2019-cu il üçün dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 27 milyon 69 min 600 manat vəsait nəzərdə tutulmuşdur. Xərclər smetasının ümumi dəyərinin 68,5 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə əlaqədar ayırmalar təşkil edir. Diqqətə çatdırıldı ki, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən qanun layihələri 3 oxunuşda müzakirə edildiyindən Milli Məclisin iclaslarının sayı çoxalıb. Bununla əlaqədar dəftərxana, mətbəə və avadanlıqların alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildə xidməti istifadə üçün quraşdırılmış operativ rabitə ATS-nin, həmçinin informasiya texnologiyalarının inkişafı ilə əlaqədar inzibati binada 2 ədəd data məlumat bazası servis otağının yenidən qurulmasına, inzibati binaların isidilməsini və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılmış avadanlıqların bəzi sıradan çıxmış ehtiyat hissələrinin yenisi ilə əvəz edilməsinə əlavə vəsait tələb olunur.

Firudin Hacıyev bu məqsədlə xərclər smetasının bəzi paraqrafları üzrə əlavə vəsait ayrılmasına kömək göstərilməsini xahiş etdi.

Müzakirələr zamanı deputatlardan Tahir Kərimli, Naqif Həmzəyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fəzail Ağamalı, Fazil Mustafa, Qənirə Paşayeva layihə ətrafında fikirlərini bildirdilər. Deputatlar Milli Məclisin işçilərinə mənzil tikintisi üçün vəsait ayrılması, parlament televiziyasının yaradılması, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, ezamiyyə xərclərinin artırılması və qanunverici orqanın fəaliyyətinə aid olan digər məsələlərlə bağlı təkliflərlə çıxış etdilər.

Komitə sədri Siyavuş Novruzov dedi ki, parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmalıdır. Milli Məclisdə sosioloji sorğu mərkəzinin də yaradılmasını təklif edən Siyavuş Novruzov əvvəllər belə bir şöbənin fəaliyyət göstərdiyini qeyd etdi: "Prezident İlham Əliyev Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirir. Amma biz fəaliyyətimizlə bağlı ictimaiyyətin münasibətini bilmirik. Heç olmasa ayda 1 dəfə mərkəz tərəfindən sorğu keçirilməli, ictimaiyyətin fikri öyrənilməlidir. Dünya təcrübəsində bütün parlamentlərdə bu cür mərkəzlər fəaliyyət göstərir, təhlillər həyata keçirilir”.

Daha sonra "Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında” məsələ müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verdi. Bildirdi ki, 2019-cu ildə Hesablama Palatasının saxlanılması üçün 4 milyon 368 min 941 manat vəsait planlaşdırılır. Bu vəsait 2018-ci ilin proqnoz göstəricisindən təqribən 6,5 faiz çoxdur. Artım əsasən bəzi yardımçı dövlət qulluqçularının inzibati təsnifat üzrə yerdəyişməsindən irəli gəlir və yanacağın qiyməti ilə bağlıdır. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 84,3 faizi əməyin ödənilməsi ilə bağlıdır.

Bununla da iclasda 2019-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatdı. Hökumətə vaxt verildiyini deyən Milli Məclisin Sədri Oqtay Əsədov bununla bağlı növbəti iclasın noyabrın 23-də, son iclasın isə noyabrın 30-da keçiriləcəyini dedi.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” (ikinci oxunuş), "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) qanun layihələrini müzakirəyə təqdim etdi.

Qeyd etdi ki, Konstitusiyaya edilmiş dəyişiklikdən və "Normativ hüquqi aktlar haqqında” qanunun tələblərindən irəli gələrək Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Milli Məclisin Daxili Nizamnaməsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlamaq tövsiyə olunub. Qarşıya qoyulmuş vəzifə nizamnaməni Konstitusiyaya və "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğundaşdırmaqdan ibarət olub.

Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Fərəc Quliyev, İlham Əliyev, Əflatun Amaşov, Fazil Mustafa, Siyavuş Novruzov və Tahir Rzayev təqdim olunan layihələrlə bağlı fikirlərini bildirdilər. Yekunda qanun layihələri ikinci oxunuşda qəbul edildi.

İclasda son olaraq "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Qeyd etdi ki, dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədardır. Dəyişikliklər notarial hərəkətlərlə bağlı yeni standartların tətbiqinə rəvac verəcək. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM