Əməkdaşlığın yeni üfüqləri
Mehriban xanım Əliyevanın Azərbaycanın bu nüfuzlu təşkilatla münasibətlərinin inkişafında böyük xidmətləri var
Hər bir ölkə qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanır. Ona görə də bütün tarixi dövrlərdə maddi-mədəniyyət abidələrinin mühafizəsinə xüsusi diqqət yetirilib.
Dövlət müstəqilliyinin bərpasından sonra bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət nümunələrimizin qorunub saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim olunması istiqamətində aparılan dövlət siyasətinin uğurlu nəticəsidir ki, bir sıra sərvətlərimiz UNESCO-nun Maddi-Mədəni İrs siyahısına salınıb.
Azərbaycanın da üzv olduğu nüfuzlu beynəlxalq qurumlardan, BMT-nin humanitar sahə üzrə ixtisaslaşmış təşkilatlarından biri də UNESCO-dur. Onun yaranması haqqında Nizamnamə 1945-ci il noyabrın 16-da Londonda imzalanıb. 1946-cı il noyabrın 4-də isə 20 üzv dövlətdən ibarət təşkilat rəsmi fəaliyyətə başlayıb. 193 dövləti humanitar məsələlərdə birləşdirən UNESCO-nun Azərbaycanla əlaqələri xüsusi diqqət mərkəzində saxlanır. Bu münasibətin inkişafında ən mühüm addım ümummilli lider Heydər Əliyevin 1993-cü ilin dekabrında Fransaya ilk rəsmi səfəri zamanı qurumun Parisdəki mənzil-qərargahında ozamankı baş direktor Federiko Mayorla görüşü zamanı atılıb. Ulu öndərin 21 fevral 1994-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası yaradılıb. 2005-ci il sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Komissiya ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Təsadüfi deyil ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə 2004-cü ilin sentyabrında bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmləndirilməsindəki xidmətləri danılmazdır. Ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işlər belə deməyə əsas verir. Mehriban xanım Əliyevanın təşəbbüslərinin nəticəsi olaraq UNESCO ilə elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün mühüm sənədlər imzalanıb, tədbirlər həyata keçirilib. Məhz bu humanitar siyasətin bəhrəsidir ki, Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ümumdünya irs siyahısına salınıb, İçərişəhər Qoruğu UNESCO-nun təhlükədə olan ümumdünya irsi siyahısından çıxarılıb. Bütün bunlara onu da əlavə etməliyik ki, aşıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında özünə yer alıb.
Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə UNESCO-nun Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinin yalnız ərazi iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarda yüz mindən artıq dəyərli eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması və dağıntılara məruz qalması haqqında əsaslandırılmış məlumatlar verilib. Həmçinin həmin ərazilərdə qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha diqqətə çatdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, "Azərbaycan Mədəniyyətinin Dostları Fondu”nun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xalqımızın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib. 2009-cu ilin martında Azərbaycanda I Beynəlxalq Muğam festivalı keçirilib. UNESCO-nun ozamankı baş direktoru Koişiro Matsura bu münasibətlə ölkəmizə səfər edib. Qonaq səfəri çərçivəsində Bakıda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Müasir İncəsənət Muzeyinin açılış mərasiminə və Novruz bayramı şənliklərinə də qatılıb.
UNESCO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirilib. Dünyada savadlılığın dəstəklənməsi üzrə UNESCO-nun regional konfransları silsiləsindən 2008-ci ilin may-iyun aylarında Azərbaycanda keçirilən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək”, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” və digər tədbirlər bu xoş mərama xidmət edib.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin UNESCO çərçivəsində qeyd edilməsi də bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. "Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhsəti Gəncəvinin 900, M.Füzulinin 500, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyevin 100, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100, görkəmli yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileylərinin, habelə bu sıradan olan digər tədbirlər UNESCO çərçivəsində böyük təntənə ilə qeyd edilib.
UNESCO-nun 60 illik yubileyi münasibətilə qurumun baş qərargahında keçirilən "Sivilizasiyalararası dialoq” çərçivəsində "Azərbaycan - sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adlı tədbir də ölkəmiz haqqında həqiqətlərin yayılması baxımından böyük önəm daşıyıb.
2008-ci ilin may ayında yaddaqalan daha bir tədbir də gerçəkləşib: Dövlət Gənclər Simfonik Orkestri və Uşaq xoru - "Azərbaycanın xoşməramlı mələkləri” UNESCO-nun iqamətgahını fəth ediblər. Həmin konsertdə Azərbaycanın gənc istedadları qurumun 20-dən artıq xoşməramlı səfirinə unudulmaz anlar yaşatmaqla, xalqımızın mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdiriblər.
2009-cu il noyabrın 17-də UNESCO-nun mənzil qərargahında keçirilən "UNESCO-da Azərbaycan günü” də mədəniyyətimizin təbliği baxımından daha bir addım idi. 2010-cu ilin yayında Qəbələdə keçirilən II Beynəlxalq Musiqi Festivalı da UNESCO-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyirdi. Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəvəti ilə UNESCO-nun baş direktoru İrina Bokova ölkəmizdə səfərdə olub. Qəbələdə keçirilən II Beynəlxalq Muğam Festivalında UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Motsart medalını da məhz həmin festivalda təqdim edib.
UNESCO ilə əməkdaşlıq yalnız ikitərəfli əlaqələr üzərində qurulmayıb. UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələr arasında qarşılıqlı əməkdaşlıq üçün şərait yaranıb. Bunun nəticəsidir ki, Azərbaycan təhsil, elm, mədəniyyət sahəsində də müxtəlif ölkələrlə çox vaxt UNESCO vasitəsilə geniş əlaqələr yaradıb.
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!