Bakıda “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” mövzusunda konfrans keçirilib
Noyabrın 15-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfransın təşkilində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.
Bildirilib ki, noyabrın 12-18-də dünyada sahibkarlığın inkişafı həftəsi qeyd olunur. Konfrans həm də bu təşəbbüsə dəstək vermək məqsədi daşıyır.
Məlumat verilib ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub. Assosiasiyanın əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirmək, onların inkişafına, yerli və dünya arenasına çıxmalarına dəstək verməkdir. Eləcə də məqsəd assosiasiyanın təşəbbüsü ilə yerli və beynəlxalq tədbirlərdə, forumlarda, konfranslarda, təlimlərdə sahibkar qadınların iştirakını təşkil etməkdir. Qısa müddət ərzində assosiasiya böyük nailiyyətlər əldə edib, daxili və xarici əlaqələrini genişləndirib və hazırda sahibkar qadınlarla birgə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir.
Hicran Hüseynova vurğulayıb ki, bu gün Azərbaycanda sahibkarlığa çox böyük dəstək var. Ölkəmiz bu sahədə bir çox beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalarda ölkəmiz üçün vacib məsələlər, xüsusilə gender problemi də yer alır. Əvvəllər Azərbaycanda qadın sahibkarlar 4 faiz təşkil edirdisə, indi bu rəqəm 30 faizə çatıb. Son 15 ildə Azərbaycanda 4060-dan çox qadın sahibkara 72,5 milyon manat kredit verilib. Bu, o deməkdir ki, Azərbaycanda bu istiqamətdə böyük dəyişikliklər gedir.
Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də ailə sferasında qadın əməyinin əhəmiyyətli dərəcədə yüngülləşdirilməsi, onların kiçik və orta sahibkarlığa cəlb edilməsidir. Bu, hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir. "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərlərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır” - deyə o əlavə edib.
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünüməşğulluq forması tətbiq olunur. Bu da qadınların əmək fəaliyyətinin artırılması üçün əlavə imkan yaradır. Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünüməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.
Özünüməşğulluğun inkişaf etdirilməsində hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə qadınlarımız kiçik istehsal və xidmət üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hətta iki sahədə qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmaları vacib amildir. Biz bunu da təşviq edirik. Bu mənada, qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması önəmli vəzifələrdən biridir. Qadın fəallığı ictimai tərəqqinin ən vacib göstəricilərindəndir. Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir.
Diqqətə çatdırılıb ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət yetirdiyi məsələlərdən biridir. Bu işdə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası müəyyən nailiyyətlər əldə edə bilib. Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox sayda qadın sahibkarlıq sferasına cəlb olunsun.
Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlərin keçirilməsi qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunmasında, həmçinin perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Qadınlar arasında sahibkarlığı gücləndirmək üçün aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti, media və mütəxəssis icması da daxil olmaqla bütün iştirakçıların davamlı dəstəyinə ehtiyac var.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət respublikamızın dinamik inkişafına şərait yaradıb. Son 15 ildə makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib. Azərbaycanda qadınların əhalinin 50,1 faizini təşkil etdiyini deyən S.Babayeva bildirib ki, ölkədə fəaliyyət göstərən fərdi sahibkarların 21,5 faizi qadınlardır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycan Sahibkarlar Konfederasiyasının ətrafında toplana bilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycan qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.
Bu yaxınlarda Vergi Məcəlləsində dəyişikliklər ediləcəyini deyən komitə sədri bildirib ki, təklif olunan dəyişiklik kiçik sahibkarlar üçün geniş imkanlar açacaq.
Sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə demək olar ki, Azərbaycan sürətlə inkişaf edir. Ölkəmizdə sahibkarlığa, qadın sahibkarlara xüsusi önəm verilir. Bu, özünü bütün beynəlxalq hesabatlarda Azərbaycanın irəli pillələrdə olmasında göstərir.
Konfransda çıxış edən Azərbaycan Respublikasi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, GIZ, SLRD-nin layihə rəhbəri Gülnarə Məmmədova, Rusiya Federasiyası Dağıstan Respublikası Qadınlar Cəmiyyətinin sədri İntizar Mamutayeva, Gürcüstan İşgüzar Qadınlar Birliyinin nümayəndəsi xanım Mzii Kereselidce və başqaları bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və assosiasiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıblar.
Daha sonra konfrans öz işini "Sahibkarlıqda qadınlar: biznes və ailə öhdəliklərini necə balanslaşdırmaq olar?” və "İnvestorlarla mentor saatı” mövzusunda iclaslarla davam etdirib.
Qeyd edək ki, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan "Göz nuru, əl əməyi” adlı sərgi təşkil olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!