16 Noyabr 2018 01:15
574
Mədəniyyət
A- A+

Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı olub


Muzeydə xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət "Cizgi təranəsi” adlı sərgi açılıb


Noyabrın 15-də Müasir İncəsənət Muzeyinin əsaslı təmirdən sonra açılışı olub. Bu münasibətlə xalq rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət "Cizgi təranəsi” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət üzvləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov əsaslı təmir olunan muzeydə görülmüş işlərlə bağlı məlumat verib.

"Müasir İncəsənət Muzeyi bir müddət idi ki, əsaslı təmirə bağlanmışdı. Təmir zamanı müasir avadanlıqdan və geniş spektrli, böyük təcrübəyə malik olan "Novalyuks” şirkətinin işıqlandırma sistemindən istifadə edilib. Bu şirkət işıqlandırma avadanlığı üzrə dünya liderləri sırasında yer tutmağa iddialıdır. Muzeyin yeniləşmiş texniki bazası daha keyfiyyətli fəaliyyət göstərməyə imkan yaradır. Belə böyük dəstəyə və qayğıya görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımızı bildirir, incəsənətsevərlər adından təşəkkür edirik” - deyə muzeyin rəhbəri vurğulayıb.

Muzeydə Azərbaycanın və dünya rəssamlarının nadir əsərlərinin təqdim edildiyini söyləyən Xəyyam Abdinov deyib: "Bu gün Müasir İncəsənət Muzeyində əsaslı təmirdən sonra xalq rəssamı Səttar Bəhlulzadənin 110 illik yubileyi ərəfəsində "Cizgi təranəsi” adlı sərgi açılır. O, müasir Azərbaycan mənzərə rəngkarlığının, eləcə də Azərbaycan impressionizminin yaradıcılarından sayılır. Məhz buna görə də onu Azərbaycanın Van Qoqu adlandırırlar. Sərgidə rəssamın heç vaxt nümayiş etdirilməmiş, şəxsi kolleksiyasından olan qrafik əsərləri yer alır”.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə Səttar Bəhlulzadənin 130-dan çox nadir əsərindən ibarət ekspozisiya təqdim olunur.

Rəssam rəngkarlıq nümunələri ilə bərabər, qrafik əsərlər də yaradıb. Onun əsərləri beynəlxalq sərgilərdə nümayiş olunur. 2009-cu ildə Heydər Əliyev Fondu tərəfindən Səttar Bəhlulzadənin 100 illik yubileyi UNESCO-da qeyd edilib.

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video