16 Noyabr 2018 01:12
549
İDMAN
A- A+

Azərbaycan ilə Türkiyə arasında idman sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb


Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə noyabrın 15-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və MOK baş katibinin müavini Azər Əliyev iştirak ediblər.

MOK ilə qardaş ölkənin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi arasında sıx əlaqələrin olduğunu vurğulayan Ç.Hüseynzadə bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini bildirib. Komitənin fəaliyyəti və uğurları barədə qonaqlara ətraflı məlumat verən vitse-prezident deyib ki, Olimpiya Oyunlarında nəticələrini daha da yaxşılaşdıran Azərbaycan milli komandası sonuncu - Rio Olimpiadasında 18 medal, o cümlədən 1 qızıl, 7 gümüş və 10 bürünc qazanıb. Bu, Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

Nazir Mehmet Muharrem Kasapoğlu Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlərdə əməkdaşlığın sürətli inkişafının idman sahəsində də müşahidə edildiyini vurğulayıb. Qonaq ölkələrimiz arasında idman və gənclər sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Türkiyəli nazir Bakının ötən il IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə evsahibliyi etdiyini diqqətə çatdıraraq, növbəti - V İslamiadanın İstanbulda təşkil olunacağını bildirib. Qeyd edilib ki, bu, türk dünyasında idmanın inkişafda olduğunu və ona marağın artdığını bir daha göstərir.

Söhbət zamanı müvafiq qurumlar arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video