16 Noyabr 2018 01:12
611
Təhsil
A- A+

Türkiyə universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans keçirilib


"UNEC və Türkiyə universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.

UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfınin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclər və idman naziri dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazqan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, deputat Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində türk dilində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-ın mərhum rəhbəri, professor Turan Yazqanın təşəbbüsü ilə yaradıldığına diqqət çəkən rektor Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: "Məqsədimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”. Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor birgə dərsliklərin hazırlanmasının və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.

Konfransda çıxış edən Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən səfir iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. "Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir” deyən türkiyəli diplomat konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb.

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmed Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən M.Kasapoğlu ümummilli lider Heydər Əliyevin bu istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

Millət vəkili Şamil Ayrım professor Turan Yazqanın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazqanın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildirib.

İstanbul Universitetinin rektoru, professor Mahmud Ak mərhum professor Turan Yazqanın türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu bildirib.

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

Beynəlxalq konfrans "UNEC və Türkiyə universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video