Alternative content

05:37 23 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azercell”in dəstəyi ilə IV Uşaq Paralimpiya Oyunları keçirilib
“Azercell”in dəstəyi ilə IV Uşaq Paralimpiya Oyunları keçirilib
ANA SƏHİFƏ / ELANLAR
01:10 16.11.2018


Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə "Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya Oyunları təşkil edilib.

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, "Azercell Telekom” MMC-nin və UNICEF-in dəstəyi ilə IV dəfə keçirilən Uşaq Paralimpiya Oyunları 13-14 noyabrda Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində 100-dən çox paralimpiyaçı uşağı bir araya gətirib. Bakıdan, eləcə də bölgələrdən oyunlara qatılan paralimpiyaçılarımız idmanın 8 növü üzrə öz güclərini sınayıblar. Yerli paralimpiyaçılarımızdan əlavə, IV Uşaq Paralimpiya Oyunlarında Gürcüstandan sağlamlıq imkanları məhdud 9 idmançı da 3 idman növündə mübarizə aparıb.

Oyunların rəsmi açılış mərasimi 14 noyabr 2018-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilib. Açılış zamanı çıxış edən "Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev mütəmadi keçirilən bu turnirlərin köməyi ilə sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək şansını qazandığını sevindirici hal kimi qiymətləndirib. Bunun uşaqlara həm dünya idmanına interqrasiya etməyə, həm də gələcəkdə uğurlu idmançı karyerasını qurmağa kömək edə biləcəyini bildirib. Bu turnirin təşkilində iştirak etmiş bütün təşkilat və komitə üzvlərinə minnətdarlığını bildirərək, iştirakçılara final oyunda uğurlu və qızğın mübarizə arzulayıb. Açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Endrü Parsons da iştirak edib.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən etibarən "Azercell Telekom” MMC komitənin inkişaf etdirilməsinə dəstək verir. Hazırda komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

"Azercell Telekom” fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan "Azercell” ölkədə təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb. "Azercell” Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatlara layiq görülüb.

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM